“Bizim müdafiə xəttimizdə ciddi problemlər var idi. "Hradeç Kralove" ilə matçda stoper üçlüyü özünü yaxşı tərəfdən göstərə bildi”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Plzenin “Viktoriya” klubunun baş məşqçisi Mixal Bilek Çexiya çempionatında "Hradeç Kralove"ya qarşı səfər matçı barədə danışarkən deyib. Bu görüşdə “Viktoriya” 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Plzen təmsilçisi “Qarabağ”la Çempionlar Liqasının Bakıda keçiriləcək “pley-off”un ilk matçına qələbə ilə gəlir.
57 yaşlı çexiyalı mütəxəssis deyib ki, “Qarabağ”la görüşdə də üç mərkəz müdafiəçisindən istifadə edə bilər: “Bu, həmin görüşə qədər futbolçuların durumundan asılı olacaq. Jemelka və Tidjani bu işin öhdəsindən gələ bildilər. Onlar ilk dəfə birlikdə bu sistemdə oynayırdılar və bəlkə də buna görə, əla oyun gözləmək olmazdı. Amma hər ikisi müdafiədə səliqəli çıxış etdilər”.
Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı