"Ferentsvaroş"un (Macarıstan) futbolçusu Eldar Çiviç Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda heç-heçə etdikləri ilk matç (1:1) barədə danışıb.
Qol.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinin sürətli oyunçularının olduğunu deyib:
"Cavab görüşündə rəqibin zəhərli dişlərini qırmalıyıq. Rəqibin orta həddən yuxarı sürətdə olan hücumçu və vingerlərinin olduğunu bilirdik. Onlar bunu Bakıda sübut etdilər. Həmin futbolçuları saxlamaq çətin idi. Topu itirdikləri vaxt ağıllı çıxış etməyimiz lazım gəlirdi. Budapeştdə rəqibin entuziazmını tez söndürmək vacib olacaq. Onların sürət götürmələrinə mane olmalıyıq. Xoş haldır ki, bütün biletlər saniyələr ərzində satılıb. Bu, şiddətli revanş matçı olacaq. Yəqin ki, xırda məqamlar irəli gedib-getməyəcəyimizi həll edəcək. Lakin biz matça bütün varlığımızla köklənməkdəyik.
Futbolçu ilk oyundakı hava şəraitindən şikayətlənib: "Bakıda cəhənnəm idi. Qızmar havada oynadıq. Hələ matç öncəsi isinmə hərəkətlərinə çıxarkən, qeyri-adi görüş olacağını hiss etmişdim. Boğucu istidə köynəyimizin önünü açmalı olduq. Oyunun sonlarında həmişəkindən də çox yorulmuşduq. Belə təsəvvür edə bilərəm: Sanki bizi metal kağızdan çadıra salmışdılar. Nəfəs almaq çətin idi. Bununla belə, layiqli qiymətimizi vermək lazımdır. Çətin şərtlərə rəğmən, tam gücümüzü ortaya qoyduq, mübarizə apardıq və hesabda önə keçdik. Sonradan qol buraxsaq da, səfərdə 1:1 hesablı nəticə normaldır. Əlbəttə, qalib gəlmək də pis olmazdı. Buna imkanımız da var idi. Lakin ümumilikdə heç-heçədən narazı ola bilmərik. Axı, "Qarabağ" öz meydanında 30 000-dək azarkeş önündə oynayırdı. Azarkeş dəstəyinin nə qədər müsbət amil olduğunu biz gözəl anlayırıq".
Qeyd edək ki, avqustun 9-da "Qroupama Arena"da oynanılacaq "Ferentsvaroş" - “Qarabağ” cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar
"Sabah" - "Barselona" oyununun biletləri satışda
“Dinamo” baş məşqçini istefaya göndərdi
“Qarabağ” və ASA birgə tədbir keçirdi - Şəkillər
Ən çox qazanan futbolçular - Siyahı
Asif Məmmədovdan 18 ilin rekordu
“Borussiya” Bakıya bu heyətlə yollandı - Şəkillər
Rişarlison prezidentliyə namizədi günahlandırdı
"Zirə"nin futbolçusu 100-ə çatdı
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu
Səfərdə 700-cü qol
Rafinya Neymarı geridə qoydu
"Yuventus"u qol atəşinə tutdular - Video
"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi
"Mançester Yunayted" yenə xal itirdi, "Arsenal" qalib gəldi
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı