Linqardın yeni klubu bəlli oldu

Linqardın yeni klubu bəlli oldu
DÜNYA FUTBOLU 22 İyul 2022 / 11:04 4014
-  A +

“Mançester Yunayted”dən ayrılan Cessi Linqardın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, ingilis yarımmüdafiəçi "Nottingem Forest”də çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Cessi Linqard 21 il sonra klubundan ayrılıb. İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qol vurub.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi