«Qəbələ» komandasının baş məşqçisi klubun rəsmi saytına müsahibə verib. Qol.Az müsahibəni təqdim edir.
- İkinci dövrəyə hazırlıq hansı səviyyədə gedir?
- Məlum olduğu kimi, hazırlığımız üç mərhələdən ibarət olub. İlk olaraq, Bakıda toplaşdıq. Bu mərhələdə komandaya xeyli yeni futbolçu gəldi, onları baxışdan keçirdik. Həm də fiziki hazırlığa böyük önəm yetirdik. Artıq Antalyaya gedəndə demək olar ki, heyətlə bağlı əksər problemləri həll etmişdik. Yalnız bir neçə mövqe var idi ki, həmin mövqelərə yeni futbolçular cəlb etmək fikrində idik. Baxışa gələcək futbolçular da məlum idi. Türkiyədə olduğumuz 12 gün ərzində heyəti tam olaraq komplektləşdirdik. Orada keçirdiyimiz yoxlama görüşlərində müxtəlif variantlar üzərində işlədik.
- Konkret olaraq hansı variant üzərində dayandınız?
- İndi bu haqda danışmaq düzgün deyil. Məşqçilər korpusu ilə bütün mümkün variantlar üzərində dayanmışıq və Premyer Liqa oyunlarında uyğun olanlarını istifadə edəcəyik. Antalyadakı dörd yoxlama matçında, eləcə də burada keçirdiyimiz iki görüşdə futbolçulardan, xüsusilə onların fiziki hazırlıqlarından razı qaldım. Bütün matçlarda döyüşkənlik, mübarizlik kimi keyfiyyətlər özünü göstərdi. Antalyadakı sonuncu oyunda Kiyev "Arsenal"ına 2:3 hesabı ilə uduzsaq da, göstərdiyimiz futbolla hamının alqışını qazandıq. Oyundan sonra "Arsenal"ın baş məşqçisi, Sovet futbolunun canlı əfsanələrindən biri hesab edilən Aleksandr Zavarovla çay süfrəsi arxasında söhbət etdik. O, həm bizim komandanın oyunundan razılıqla danışdı, həm də Azərbaycan futbolunun son illərdə əldə etdiyi nailiyyətlərə toxundu. Bu sürətlə Azərbaycan klubları tezliklə UEFA yarışlarında ciddi uğurlar əldə edə biləcəklər. Zavarov futbolumuzla, "Neftçi"yə qarşı keçirdikləri oyunlarla bağlı xatirələrini yada saldı. İqor Ponomaryovun bu günlərdə "Xəzər-Lənkəran"a baş məşqçi təyin olunmasına sevindiyini və onun uğur qazanacağına inandığını söylədi. Təcrübəli mütəxəssis həm də azərbaycanlı hakimlər haqqında fikirlərini bildirdi. O qeyd etdi ki, referilər Antalyada göstərdikləri hakimliklə özləri haqqında xoş fikir yaratdılar.
Elə bizim "Amkar"la (1:1) oyunu idarə edən gənc hakim (Zöhrab Əliyev - red.) də yaxşı təsir bağışladı. Bildiyiniz kimi, görüş çox gərgin keçdi. Cəmi iki qol vurulmasına baxmayaraq, xeyli sayda qol epizodları yarandı. Mübarizənin gərginliyi isə matçı hansısa yarışın final oyununa bənzədirdi. Amma hakim gənc olsa da, özünü itirmədi və sonadək nəzarəti əlində saxladı. Bizim Qazaxıstan "Taraz"ına uduzduğumuz (0:1) və Polşa "Arka"sını məğlub etdiyimiz (2:1) qarşılaşmalarda yerli hakimlərin buraxdıqları səhvlər oyunun gözəlliyinə xələl gətirirdisə, "Amkar"la oyundakı hakimlik, bəzi xırda səhvlər olmasına baxmayaraq, çox yaxşı səviyyədə idi. Hərçənd, mən həmin briqadaya məmnun olduğumu hiss elətdirməmişdim.
- Niyə?
- Fikrimcə, hakimlər qısa müddət ərzində xeyli irəliləyiş əldə ediblər. Həmin vaxt onlar haqqında tam fikrim formalaşmamışdı. Hətta onlarda gördüyüm irəliləyiş haqqında məşqçilər korpusunun iclaslarında da söhbət açmamışdım. Bildiyiniz kimi, Bakıda da iki yoxlama matçımız oldu. Bunlardan birincisində "Turan"la (1:1), ikincisində isə MOİK-lə (3:0) qarşılaşdıq. Tovuzlularla oyunu idarə edən Ceyhun Haşımov təcrübəsini nümayiş etdirərək oyunda özünü yaxşı tərəfdən MOİK-lə oyunu idarə edən gənc hakimdə isə müəyyən həyəcan hiss etdim. Lakin o, matçın gedişində özünü toparlamağı bacardı. Qeyd etdiyim kimi, hakimlikdə irəliləyişin əldə olunması haqqında ilk dəfədir ki, kiminləsə fikirlərimi bölüşürəm.
- İkinci dövrədə hakimlərdən nə gözləyirsiniz?
- Gördüklərim hakimlərin səviyyəsinin artıdığını və ikinci dövrədə problemlərin azalacağını deməyə əsas verir. Təbii ki, AFFA prezidenti Rövnəq Abdullayev, eləcə də baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakimliyin düzəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Çünki onlara da aydındır ki, futbolun inkişaf etməsi üçün 4-5 əhəmiyyətli məqam varsa da, onlardan biri də məhz hakimlikdir. Hazırda bu sahəyə Xaqani Məmmədov və Gülağa Cabbarov kimi təcrübəli mütəxəssislər rəhbərlik edirlər. Onların gördükləri işlər isə, demək olar ki, yavaş-yavaş bəhrəsini verməyə başlayıb. Ümid edirəm ki, ikinci dövrədən etibarən hakimlikdəki səhvlər azalacaq və hər kəs layiq olduğu nəticəni qazanacaq. Doğrudur, Premyer Liqada 10-cu pillədə olduğumuza görə yüksək yerləri tutmaq şansımız azalıb. Amma Azərbaycan kubokunda 1/4 finala yüksəlmişik və sonacan mübarizə aparmağa qadirik. Bu oyunlarda ədalətli hakimlik bizim üçün çox vacibdir.
- Yeri gəlmişkən, ölkə kuboku çərçivəsində "Olimpik"lə martın 4-də keçirilməli olan oyunun vaxtı dəyişdirilib. Buna münasibətiniz necədir?
- Biz işimizi plan-proqram əsasında görürük. Yəni qəfil tarix dəyişiklikləri bütün planlarımızı alt-üst edir. Biz fevralın 25-də "Olimpik"lə oynamaq niyyətində deyilik və görüşün yenidən həmin tarixə qaytarılmasına çalışacağıq. Onu da qeyd edim ki, hazırda qapıçımız Pavel Doroşev zədəlidir. Məşq zamanı barmağı əzilib və qarşıdakı 3 həftə ərzində meydançaya çıxa bilməyəcək. Belə olan halda yalnız bir təcrübəli qapıçı - Elnar Kərimov qalır. Əgər o da kubok çərçivəsindəki oyunu buraxmalı olsa, ümidimiz əvəzedici heyətin qolkiperlərinə qalacaq. Bir sözlə, tarix dəyişikliyi bizim işimizə mənfi təsir göstərir.
- Zədədən söz düşmüşkən, birinci dövrədə bu amil komandamızın oyununa mənfi təsir göstərdi. Və artıq ikinci dövrə başlamamışdan əvvəl bu problem yenə baş qaldırıb...
- Fikrimcə, bunun əsas səbəbi meydançaların yaxşı vəziyyətdə olmamasıdır. Məsələn, Tomaş Stolpa məhz bu səbəbdən zədə aldı və hələ də özünə gələ bilməyib. Elə Doroşevin barmağının qırılmağına səbəb də meydançanın bərbad ot örtüyü səbəb oldu. Amma deyə bilərsiniz ki, meydança amili digər klublar üçün də mövcuddur. Sadəcə olaraq, birinci dövrədə bəxt bizdən tamamilə üz döndərdi. Hər oyuna 5-7 zədəli oyunçu ilə çıxdıq. Heç bir matça optimal heyət hazırlaya bilmədim. Allahdan arzum budur ki, ikinci dövrədə qarşımıza süni əngəllər çıxmasın. Əgər kənar problemlər olmasa, tam başqa "Qəbələ" izləyəcəksiniz.
Arda Turan “Eyüpspor”dan ayrıldı
"Sakit şəkildə finala hazırlaşırıq" - Berezutski
"Fəlakətə yaxın bir mövsüm oldu" - Samir Abasov
Masazırda 2 "qırmızı", 1 qol - Video
"Sabah" "Neftçi"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
“Barselona”dan çox şey götürdüm” - Qurban Qurbanov
Qurban Qurbanov Benzianın gedə biləcəyinin anonsunu verdi
Millimizin ilkin heyəti bəlli oldu
“Sabah” - “Neftçi” matçı üçün - Heyətlər
“Şamaxı”dan “Qarabağ” üçün çempionluq dəhlizi - Video
"Monako"nun təklifinə razıdır
Konte A seriyasının ən yaxşısıdır
“Şamaxı” - “Qarabağ”: Heyətlər
Mbappe Ançelottinin gedişi haqda
Salah hamını qabaqladı
Kvaratsxeliya 1 mövsümdə İtaliya və Fransa çempionu oldu
Türkiyə millisinin sabiq üzvü Berdıyevdən danışdı
Qurban Qurbanov Hans Fliklə görüşdü
"Napoli"dən ilk
TOP-10-da Qvardiola yoxdur
“Səbail” Futbol Klubunun mayasında haqsızlıq olub” - Video
Vinisius Juniorla yeni müqavilə imzalanır - Detallar
Millimizin kapitanı son turda da qalib gələcəklərinə inanır
A seriyasında mövsümün ən yaxşısı oldu
Millimizin qələbəsi - Video
Dünya çempionatında üçüncü oyun gününə yekun vurulub
“İmişli" 3 xalı 3 qolla qazandı - Video
İtaliyada çempion müəyyənləşdi
Vüsalın komandası Superliqaya yüksəlmək şansını itirdi
“Qələbələrin ardı gələcək” - Millimizin baş məşqçisi
Bayılda vurulan 5 qol - Video
"Motivasiyanı saxlaya bilmirik" - Elvin Məmmədov
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
"Sumqayıt" böyük hesabla "Səbail"ə qalib gəldi
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Əvəzedicilər Liqasının çempionu bilindi
"Liverpul" "Bavariya"nı ötdü
"Komo" onu "Barselona"dan birdəfəlik alır
"Səbail" - "Sumqayıt" matçı üçün - Heyətlər
"İmişli" mövsümü qələbə ilə bitirdi
"Real" üçün şad xəbər
1-ci liqa üçün pley-off matçının vaxtı açıqlandı
"Uğuru bu yolun davamında görürəm" - Fernandu Santuş