“Yenidən Tovuzda olmaq mənim üçün çox xoşdur. Bura mənə doğmadır. Futbolçu kimi Tovuzda çox gözəl günlərim keçib. Baş məşqçi kimi yenidən burada olmaq isə tam fərqli hissdir”.
Qol.az-ın xəbərinə görə, bu haqda “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
41 yaşlı mütəxəssis dünən müqavilə imzalaması ilə bağlı təəssüratlarını bölüşüb: “ Açığı rəhbərlik, işçi, məşqçi heyəti və əsası azarkeşlər tərəfindən belə qarşılanmaq məni qürurlandırdı. 9 ildən sonra Premyer Liqaya qayıtmaq hər birimizin arzusu idi. Premyer Liqaya rəng qatmaq istəyirik. Əlbəttə, işlərimiz çoxdur. Tovuzun futbol ənənələri hər kəsə bəllidir. Futbolumuzda iz qoymuş onlarla ad bəxş edib, hansılar ki, hazırda akademiyada çalışırlar. Birlik olmalıyıq. Həm rəhbərliyin həm də azarkeşlərin dəstəyini tam olaraq hiss edirəm. İnanıram ki, tək əsas komanda deyil, əvəzedici və aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə birlikdə əl-ələ verib bütün çətinliklərin öhtəsindən gələ biləcəyik”.
Ayxan Abbasov gələcək planlar haqda da məlumat verdi: “İlk olaraq futbolçularla müqavilələr rəsmiləşməlidir. Bir neçə futbolçu ilə artıq razılıq əldə olunub və qısa müddətdə onlarla müqavilə bağlayacağıq. İyunun 19-u Bakıda təlim-məşqlərə start verəcəyik. İlk öncə yerli futbolçuları, akademiyanın üzvlərini baxışdan keçirəcəyik. Ayın 27-dən isə hazırlığın əsas mərhələsinə başlayacağıq. Gürcüstanda təlim-məşq toplanışı keçirməyi də planlaşdırırıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”