"Qəbələ" braziliyalı hücumçu aldı

"Qəbələ" braziliyalı hücumçu aldı
ÖLKƏ FUTBOLU 16 İyun 2022 / 20:10 4281
-  A +

2022-2023 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib. Komanda heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsümü “Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

Daha çox


Son xəbərlər
02.03.26  12:09

Messi Peleyə çatdı

02.03.26  09:36

Messi dubl etdi

topaz banner