"Sürix"in baş məşqçisi "Qarabağ" haqda danışdı

"Sürix"in baş məşqçisi "Qarabağ" haqda danışdı
ÖLKƏ FUTBOLU 15 İyun 2022 / 17:15 10022
-  A +

"Lex" və "Qarabağ" keyfiyyətli komandalardır. "Qarabağ" ötən il Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb".

Qol.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan "Sürix"in baş məşqçisi Franko Foda İsveçrə klununun rəsmi saytına açıqlamasında deyib.

O, Ağdam klununun Avropada yaxşı təcrübəsinin olduğunu bildirib: "Onlar artıq beynəlxalq arenada uğurlar qazanan kluba çevrilib. Hər iki komandanı təhlil edəcəyik, yaxından izləyəcəyik. Üçüncü mərhələyə çıxmaq üçün hər şeyi edəcəyik".

Xatırladaq ki, "Lex" (Polşa) - "Qarabağ" cütünün qalibi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
02.03.26  12:09

Messi Peleyə çatdı

02.03.26  09:36

Messi dubl etdi

topaz banner