"Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi

"Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 15 İyun 2022 / 15:22 12161
-  A +

Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə  Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

"Səpələnmişlər” səbətində yer alan "Neftçi" bu mərhələdə Kiprin "Aris" klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" ilk oyununu səfərdə keçirəcək.

"Səpələnməmişlər" səbətində qərarlaşan "Zirə" “Makkabi” (Təl-Əviv, İsrail) "Qəbələ" isə "Fehervar"la (Macarıstan) qarşılaşacaq. "Zirə" ilk oyununu evdə, "Qəbələ" səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner