Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Qara Qarayevə dəstək nümayiş etdirib.
Qol.az xəbər verir ki, hadisə Millətlər Liqasının Belarusa qarşı dünən keçirilən matçından əvvəl baş verib. Şahruddin Qara Qarayevin millidəki formasını geyinərək şəkil çəkdirib və bunu özünün İnstaqramdakı hesabının “hekayə” bölməsində paylaşıb.
İlk baxışda Şahruddinin bu addımı təəccüblü görünməyə bilər. Amma nəzərə alaq ki, Q.Qarayev Millətlər Liqasının bu mövsümkü 4 matçının hər birində millinin ehtiyat oyunçular skamyasında yer alıb. Bizdə olan məlumata görə, hazırda baş məşqçi Canni de Byazi Qara Qarayevi əsas heyətin oyunçusu kimi görmür. Bu səbəbdən də onu son 4 görüşün heç birində əsas heyətdə oynatmayıb. Bununla belə, Qara Qarayev uzun illərdir Azərbaycan futbolunun lideri olan klubu “Qarabağ”ın əsas heyətininin aparıcı futbolçusu olaraq qalmaqdadır.
Bu mənada, Şahruddinin Qaranın forması ilə indiki məqamda şəkil paylaşması onun həm milli, həm də klubdakı komanda yoldaşına dəstək jesti kimi qiymətləndirilə bilər. Şahruddin bununla həm də Qaranı millinin əsas oyunçusu kimi görməsinə işarə vurub.

Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”