Futbol qaydalarında yeni dəyişikliklər təsdiqləndi

Futbol qaydalarında yeni dəyişikliklər təsdiqləndi
DÜNYA FUTBOLU 13 İyun 2022 / 16:15 4997
-  A +

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) komandalara bir matçda beş əvəzetmə etməyə icazə verən qaydanı daimi olaraq təsdiqləyib.

Qol.az xəbər verir ki, bu barədə IFAB-ın rəsmi saytı məlumat yayıb.

Əvvəllər bu qayda koronavirus pandemiyası ilə əlaqədar komandalarda kadr çatışmazlığına görə tətbiq edilirdi.

IFAB-ın bugünkü iclasında həmçinin, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer