Slovakiyada keçirilən Avropa çempionatını qalibi olan minifutbol yığmamızın kapitanı Ramin Həsənzadə Bakıda hava limanında qarşılanma zamanı müsahibə verib.
- Belə təmtəraqlı qarşılanmanı yəqin, gözləyərdiniz...
- Bəli-bəli. Hələ Slovakiyada olanda artıq bizə xəbər çatmışdı ki, möhtəşəm bir qarşılanma olacaq. Hamımız bu gözəl ab-havanı gözləyirdik və bunu yaradanların hər birinə minnətdarıq.
- Hələ turniröncəsi səninlə də söhbətləşmişdik. Səmimi olsanız, yəqin, o dərəcədə inamlı deyildiniz belə bir uğuru qazanacağınıza...
- Birinci Avropa çempionatında - Ukraynada keçirilən yarışda da olmuşdum. Budəfəki turnirə yollanmamışdan qabaq bir müsahibə vermişdim və demişdim ki, Slovakiyaya gedirik çempion olmağa. Həmin videoçarxlar internetdə var. O vaxt hamı mənə bir az güldü, dediyimi ciddi qəbul eləmədilər. İndisə həmin çıxışım olan videoçarxı çoxu mediada hər yerdə qoyur ki, bəs, qabaqcadan deyilmişdi.
- Bu inamın nəyəsə söykənməli idi axı...
- Bilirsiniz necədir, 4 ildi bu yarışa hazırlaşırdıq. Ölkənin bu pandemiya vaxtında uşaqlar SMS-lə icazı alıb gəlib məşq edirdilər. 2 saat vaxt götürüb, 1 saat məşq edib qayıdırdılar. Yayda o istidə hamı dincəlirdi, biz 40 dərəcədə gəlib məşq edib yarışa hazırlaşırdıq. Yəni, bu, elər bir hazırlıq idi ki, bunun nəticəsi də olmalıdır. İnşallah, nəticə də oldu. Dörd ildə o qədər hazırlaşmışıq ki, başqa cür ola bilməzdi. Əziyyətimiz öz bəhrəsini verdi.
- Kapitan olsan da, turnirdə az oynadın. Startda Rumıniyaya qarşı çıxış elədin, sonradan əsasən həmkarın Davud Kərimi qapını qorudu....
- Rumınlarlarla birinci oyunun gedişatında çiynimdən zədə aldım, nəticədə Davud qapıda dayanası oldu. Bu, milli komandadır, burda milli dəyərlər var. Zədələnməyimdən sonra Davudun oynamağı bəlkə də onun parlamağına böyük bir şans oldu. Şükürlər olsun Allaha ki, Avropa çempionatının yaxşı qapıçısı oldu. Millimizdə ən yaxşılardan biri idi Kərimi.
- Hər halda, sənin bu idman növündə təcrübən daha çoxdur. Davuda hansı məsləhətlərini verirdin?
- Hər oyuna gedəndə də, fasilədə də danışırdıq, məsləhətləşirdik. Nə lazımdır, hamısını ona ötürürdüm.
- Karyeran daha çox futzala bağlı olub, ən zirvə nöqtəsinə isə mini-futbolda çatdın. Necə müqaqisə aparsrdın?
- Necə deyim sizə, 44 yaşında Avropa çempionu olmaq - o başqa bir hissdir. İstəyir nə idman növü olur-olsun, Bu idman növündə bunu bacardıqda, Alaha qurban olum, min şükür!
- Kapitan kimi kuboku başın üzərinə qaldıranda keçirdiyin hissləri bizə çatdıra bilərsən?
- Onu sözlə çatdırmaq olmaz, onu yaşamaq lazımdır. Onda hər şey yaddan çıxır, fikir ancaq olur ki, bayraq ucalır, himn səslənir. Bundan vacib olan heç nə ola bilməz.
- Bu yaşdan sonra da çıxışını davam etdirməyi düşünürsən?
- Bəli-bəli. İnşallah, qarşıda bizi dünya çempionatı gözləyir. Ora da iddialı yollanacağıq. Çünki həm də ona görə ki, artıq Avropa çempionuna statusundayıq.
- İndidən deyə bilərsənmi ki, dünya çempionu olacağıq, sonradan bunu xatırladaq, yoxsa dünya mükafatçısı?
- (gülür) Dünya çempionu yox, mükafatçısı deyərdim. (sport24.az)
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu