Xəbər verdiyimiz kimi, Azərbaycanın mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.
Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda altıqat Avropa çempionu Rumıniya ilə üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn millimiz tarixində ilk dəfə Avropa çempionu olub. Futbolçulardan Davud Kərimi yarışın ən yaxşı qapıçısı, Bəxtiyar Soltanov isə ən yaxşı oyunçusu adına layiq görülüb.
Millimizin bu qələbəsi azarkeşlərin böyük sevincinə səbəb olub. Sosial şəbəkələrdə bununla bağlı saysız-hesabsız paylaşımlar edilib.
Qeyd edək ki, mini-futbol millisi Azərbaycanda bir neçə il əvvəl formalaşıb və AFFA-ya heç bir bağlılığı yoxdur. Komandaya “Zirə” Futbol Klubunun prezidenti Taleh Nəsibov başçılıq edir. Ümumiyyətlə, yarandığı gündən indiyədək komanda “Zirə” klubunun sahibləri tərəfindən maliyyələşdirilir.
Maraqlıdır ki, komandaya indiyədək bir nəfər də olsun əcnəbi cəlb olunmayıb. AFFA-nın tabeliyindəki bütün milli komandalardan fərqli olaraq mini-futbol miliisində bir nəfər legioner belə yoxdur. Komandanın rəhbərliyi də, məşqçisi və futbolçuları da hamısı azərbaycanlıdır.
Milli üzvlərindən bəziləri sabiq peşəkar futbolçu və futzalçı kimi də tanınırlar.
Avropa çempionu olan, millinin sifariş ərizəsində yer almış oyunçularla bir daha tanış olaq:
Baş məşqçi: Elşad Quliyev
Futbolçular: Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təbriz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi, Elmar Qasımov
Əlavə edək ki, Avropa Mini-Futbol Federasiyasının təşkil etdiyi çempionat UEFA bayrağı aıtında keçirilməsə də, yetərincə populyar və samballı yarış sayılır.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”