Essyen "Sabah"ın akademiyasının qonağı oldu - Şəkillər

Essyen "Sabah"ın akademiyasının qonağı oldu - Şəkillər
ÖLKƏ FUTBOLU 11 İyun 2022 / 15:50 2355
-  A +

Əfsanəvi qanalı futbolçu, "Sabah"ın keçmiş oyunçusu Maykl Essyen Bakı klubunun akademiyasının qonağı olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, ulduz futbolçu U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib. Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.

Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.

Daha çox


Son xəbərlər
02.03.26  12:09

Messi Peleyə çatdı

02.03.26  09:36

Messi dubl etdi

topaz banner