Millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Slovakiyaya uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Emin Mahmudovun yerinə Abbas Hüseynovu meydana buraxdınız, yəni yarımmüdafiəçini müdafiəçi ilə əvəzlədiniz. 81-ci dəqiqədə isə komanda qol buraxdıq. Bu dəyişiklik nə ilə bağlı idi?
- Ehtiyac var idi ki, sürətli oyunçu girsin, əsk-hücumda və hücumda kömək etsin. Emin yoruldu deyə dəyişdik. Qol bu dəyişikliyə görə olmadı. Qol mərkəzdən vuruldu.
- Artıq ikinci ildir, millini çalışdırırsınız və hələ də doğma azarkeşlər qarşısında qələbə qazanmamısınız. Milli nə vaxt qalib gələcək?
- 25 oyun keçirmişik. Serbiya, Portuqaliya, İrlandiyaya qarşı oynamışıq və hamısını uduzmuşuq. Bizdən çox güclü komandalara qarşı oynamışıq. Hamısında sona qədər vuruşmuş, əlimizdən gələnin maksimumunu etmişik. İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq. İlk iki oyunda çoxlu imkanlarımız oldu. Bunlardan daha yaxşı istifadə etməliyik.
- Uğursuzluğun səbəbkarı sizsiniz yoxsa, futbolçular?
- Hamımız yaxşı analiz etməliyik ki, nə baş verdiyini bilək. Rəqibin güclü olduğunu bilirdik. İlk 20 dəqiqədə yaxşı çıxış etmədik. Bundan sonra heç də pis oynamadıq. İlk hissənin sonlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını göstərdi. Oyunboyu mübarizə apardıq. Bundan daha artığını edə bilərik. Hamınız qələbə gözləyirsiniz. Mən də istəyirəm. Amma bu, heç də asan deyil. Günahkar axtarmaq düzgün deyil. Mən də istəyərdim deyim "onun günahıdır, bunun günahıdır". İnkişaf üçün nüanslara baxmalıyıq. Dünən 100-cü məşqimizi keçirdik. Dörd məşqə bir oyun oynayırıq. Futbolçular ən yaxşı fiziki formada deyillər. Öncə oyunçuları tanımalısan. Düşünürəm ki, bir qrup yaratmışıq. Azarkeş həmişə uduzanda problem axtarır, tapır. Amma ekspert kimi baxsaq, fərqli fikirlər ola bilər.
- Mahir Emrelinin 3 oyunda performansını ortaya qoya bilməməsi komandanın zəif çıxışı ilə əlaqədardır?
- Klubunda fiziki problemləri var idi. Bura gələndə də 100 faiz hazır deyildi. İkinci yarıda meydana buraxdıq. Qol keyfiyyətlərindən yararlanmaq istəyirdik. Alınmadı. Amma bütün ürəyini meydanda qoydu.
- Komanda qol da vura bilmir. Çox arqument gətirirsiniz. Bəlkə, sizin yeriniz bura deyil? Ola bilər ki, Azərbaycan millisinə futbol oynamağı öyrədə bilmirsiniz?
- Xeyr. Bu, tam mənim komandamdır. İlk 20 dəqiqə yox, qalan hissəni qorxa-qorxa oynamadıq. İki oyuna 30 zərbə vurduq. Böyük rəqəmlərdir. Rəqəmlər isə bizi aldada bilməz. Bu faktdır.
- Qətərlə oyundan sonra hamı ilə sağollaşmışdınız. Sonradan nəyə ümid etdiniz ki, davam etmək qərarı verdiniz?
- Bunu başqalarından soruşmalısınız.
- Özünüz qalmağı qəbul etməyə də bilərdiniz...
- Onlardan soruşun. Qərar verdik ki, davam etməliyik. Komandada nəsə dəyişilib. 2003-cü il təvəllüdlü uşaq əsas heyətdə oynayır. 5-6 oyunçu da olsa, oynadaram. Burada xüsusi sevdiyim oyunçu yoxdur.
- Komanda 10 gün ərzində 4-cü oyuna çıxacaq. Fiziki, psixoloji durumu düzəltmək mümkün olacaq?
- Sabah necə bərpa olunacaqlarına baxacağıq. Maksim ardıcıl ikinci oyunda əvəz olunmasını istədi. Mövsümün sonudur, yorğunluqlar ola bilər. Təəssüf ki, Qismət Alıyev bizimlə olmayacaq. İstirahət fikirlərini başa düşürəm, amma qələbə üçün çalışmalıyıq. Belarusla oyunda məğlubiyyət seriyasını qırdıq, qalib gələ də bilərdik. Mən çox əsəbiyəm. Uduzmaqdan zəhləm gedir. Bütün futbolçular məyusdurlar. Çünki maksimumlarını verdilər. Beynəlxalq səviyyə ilə Azərbaycan çempionatı eyni deyil.
- Bir neçə gün əvvəl qrup liderliyi və 2-cilik barədə danışırdıq. Bundan sonra D Liqasındakı perspektivlər barədə düşünməli olmayacağıq?
- 3 oyun keçirmişik, qarşıda 3 matçımız var. Onları düşünürük. Heç kim deməmişdi ki, 1-ci yer uğrunda vuruşacağıq. Belarusla oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq. 2-ci yer uğrunda mübarizəmiz davam edir.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video