Azərbaycan milli komandası bu gün növbəti rəsmi oyuna çıxacaq.
Qol.az xəbər verir ki, komandamız Bakıdakı “Dalğa Arena”da Slovakiyanı qəbul edəcək. Oyun Millətlər Liqasının 3-cü turu çərçivəsində baş tutacaq.
Təəccüblüdür ki, millimiz son rəsmi qələbəsini bundan daha əvvəlki Millətlər Liqası yarışında qazanıb ki, onun da üzərindən 2 ilə yaxın vaxt keçib. 2020-ci ilin sentyabrın 8-də hazırkı baş məşqçi Canni De Byazinin rəhbərliyi altında millimiz səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəlib. O vaxtdan sonra komanda keçirdiyi 10 oyunda (DÇ-2022-nin 8, hazırkı Millətlər Liqasının isə 2 matçı) bir dəfə də olsun qələbə qazana bilməyib. Heyrət doğuran daha bir fakt isə odur ki, bu son 10 rəsmi matçda millimiz 30 mümkün xaldan cəmi 1 xal toplayıb.
Qəribədir ki, nəinki rəsmi, yoxlama matçlarında da komandamızın nəticələri məyusluq doğurur. Son 2 ildə milli komandamız keçirdiyi 8 belə görüşdən yalnız birində qələbə qazana bilib. Bu isə 2021-ci ilin iyun ayının 6-na təsadüf edir. Millimiz həmin gün Minskdə Belarusu məğlub edib (2:1). Komandamızın bundan sonrakı 12 rəsmi və qeyri-rəsmi görüşün heç birində qələbəsi olmayıb. Yəni bizimkilər bu müddətdə qələbəni ancaq yuxularında görüblər...
Halbuki son illər dövlətin ayırdığı və yüz milyon manatı aşan vəsait hesabına milli üçün Avropa və dünyanın onlarla ölkəsinin həsəd apara biləcəyi lüks şərait yaradılıb. Bahalı otellər, çarter reysləri, Avropada yüksək səviyyəli təlim-məşq toplanışları, hətta uduzulan və heç-heçə edilən oyunlarda futbolçulara ayrılan mükafatlar... Nəticə isə olub sıfır. Amma futboluna qəpik-quruş ayrılan Farer adaları, Malta kimi “liliput”lar belə rəsmi oyunlarda bizdən çox xal toplayıblar. Deməli, dövlətin ayırdığı bu yüzmilyonlar havaya sovrulub. Bir halda ki, nəticə yoxdur, olmursa, SOCAR-ın büdcəsindən AFFA-ya bu qədər pul niyə ayrılmalıdır?
AFFA rəhbərliyinin yarıtmaz idarəçiliyi, davamlı uğursuz baş məşqçi seçimi, yanlış taktikalar, eləcə də futbolçuların istənilən səviyyədə komandaya can yandırmaması ona gətirib çıxarıb ki, Azərbaycan millisi bu gün dünya futbolunda rəzil duruma düşüb. Buna şahid olmaq üçün FİFA reytinqinə baxmaq kifayət edir.
129-cu yerdəyik.
Həmin siyahıda bizi qabaqlayan təkcə qonşumuz Gürcüstan, Ermənistan və ya heç burdan uzaqdakı Farer adaları da deyil. Afrikanın acından ölən ölkələri, qəbilə komandaları - Malavi, Toqo, Zimbabve, Qambia, Anqola belə bizimkilərdən daha irəlidir. Bizdən təpərli olublar.
Və bu gün Slovakiya ilə oyunda bu ayıbın üstünü az da olsa örtmək üçün imkan var. Baş məşqçi və futbolçular özlərində cəsarət toplayıb, kişilik göstərərək meydanda canını qoymalı, qələbə qazanmalıdırlar.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord