“Bir komandanın oyun göstəricisi kubok matçları ilə ölçülmür. “Qarabağ”ı misal çəkərdim. Komanda Azərbaycan kubokunda “Sumqayıt”a uduzmuşdu. Bu, o demək deyil ki, “Qarabağ” “Sumqayıt”dan zəifdir”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, “Neftçi”nin 2021/22 mövsümündə Azərbaycan Premyer Liqası və Azərbaycan kubokundakı çıxışına münaibət bildirərkən deyib: “Ona görə də bir komandanı uzun marafonla dəyərləndirmək lazımdır. Bu da çempionatdır. Premyer Liqa ilə dəyərləndirsək, deyə bilərəm ki, digər komandalarla müqayisədə “Neftçi” layiq olduğu yeri tutdu. Hazırkı “Neftçi”ni “Qarabağ”la müqayisə etmək olmaz. Nə ustalıq səviyyəsi, nə də maddi güc baxımından. Hazırda “Neftçi” “Qarabağ”la mübarizə aparacaq gücdə deyil. Burada baş məşqçilik bir şey yoxdur. Bu, sırf büdcə ilə bağlı olan bir şeydir. Ona görə də məncə “Neftçi” layiq olduğu yerdədir. Komanda bundan artıq uğur qazansaydı, möcüzə olardı”.
A.Kərimov paytaxt təmsilçisindən Konfrans Liqasının yeni mövsümü üçün gözləntilərini bölüşüb. O, bildirib ki, “Neftçi”nin hazırkı durumu ilə qrup mərhələsinə yüksəlməsi çətin görünür:
“Bəlkə də “Neftçi”nin bu heyətlə 1-2 mərhələ adlamaq şansı var, amma qrup mərhələsinə düşməsi çətin məsələdir. Lakin yeni təyin olunacaq baş məşqçi, transferlərlə nəticə əldə etmək mümkündür. Nə qədər büdcə ayrılacaq, nə qədər futbolçu alınacaq, bunlar hamısı komandanın oyununa təsir edəcək faktorlardır”.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünü 2-ci pillədə tamamlayıb. Komanda bununla da növbəti mövüm Konfrans Liqasında çıxış etmək hüququ qazanıb. “Neftçi” Azərbaycan kubokunda isə mübarizəni yarımfinalda “Zirə”yə uduzaraq (ilk matç və cavab oyunu – 0:0, penaltilər seriyası – 2:4) dayandırıb. Paytaxt təmsilçisi 2 gün öncə baş məşqçisi Samir Abasovla müqaviləni uzatmadıqlarını və yolları ayırdıqlarını açıqlayıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”