“İlk iki oyunu yaxşı analiz etmişik. Hər iki görüşdə rəqibdən üstün oynadıq, çox qol imkanları yaratdıq, keyfiyyətli oyun göstərdik. Qrupda hələ də qol vura bilməmişik. Baxmayaraq ki, kifayət qədər şanslarımız olub. Bu bizi məyus edir. Amma futbolda belə bir şey var ki, bu gün baş verməyən sabah mütləq reallaşır".
Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Slovakiya ilə sabahkı ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Bilirik ki, bizi ağır rəqib gözləyir. Slovakiya qrupun favoritidir. Onların Qazaxıstana uduzması hamımız üçün sürpriz oldu. Biz də sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” - deyə o vurğulayıb.
İtaliyalı mütəxəssis heyət seçimi ilə bağlı tənqid olunmasına belə münasibət bildirib: "Bu, sizin işinizdir. Ona görə də nəsə demək istəmirəm. Hər kəs öz işini görür. Çox dərinliyə getmək istəmirəm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etdik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərifləyirlər. Statistikaya baxırıq, indi burada iki qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey baş verə bilər".
De Byazi rəqib komandadakı baş məşqçi dəyişikliyinin komandanın oyununa necə təsir edəcəyi ilə əlaqədar söyləyib: "Rəqib qrupumuzun ən güclüsüdür. Çox oyunçuları böyük liqalarda – İtaliyada, İngiltərədə çıxış edir. Yüksək keyfiyyətə malikdirlər. Onları təhlil etmişik, futbolçularımıza da bunları izah etmişik. Ola bilsin ki, Qazaxıstanla oyundakı nəticəyə görə baş məşqçiləri dəyişilib. Həmin görüşə baxmışıq, çoxlu qol imkanları oldu, dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə vuruşdu, sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik".
O, ilk dəfə "Dalğa Arena"da yığmanı oyuna çıxarması ilə bağlı deyib: "Sabah yaxşı oyun keçirməliyik. İlk iki matçla müqayisədə daha az qol imkanımız ola bilər. Amma maksimum yararlanmalıyıq. Stadion ideal vəziyyətdədir. Ümid edirəm ki, sabah yaxşı çıxış edəcəyik və qələbə qazancağıq. Baxmayaraq ki, bizi çətin oyun gözləyir".
Millimizin baş məşqçisi Dmitri Nazarov və Anatoli Nuriyevə az şans verməsinin səbəbini belə izah edib: " Hər ikisi fiziki cəhətdən hazırdır. Nuriyev ölkəsindəki müharibəyə görə bir müddət futbolsuz qaldı. Nazarov da təcrübəli oyunçudur, lazım gələndə bizə köməyi dəyəcək".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”