“Məncə, Samir Abasovla yolları ayırmağa ehtiyac yox idi. Çünki Samirin işi göz qabağında idi. Ötən mövsüm bu “Neftçi” ilə çempion olmaq mümkün deyildi”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, ötən gün “Neftçi”nin Müşahidə Şurasının Samir Abasovla müqavilənin uzadılmaması ilə bağlı qərarına münasibət bildirib:
“Kubok matçları elədir ki, hər şey baş verə bilər. Fikrimcə, sırf Azərbaycan kubokunda uğur qazanılmamasına görə baş məşqçini göndərmək doğru deyil. Klubun başqa bir fikri varsa, buna da hörmətlə yanaşmaq məcburiyyətindəyik. Amma Samir Abasovun işini dəyərləndirsək, hesab edirəm ki, pis iş görməmişdi. “Neftçi”də özünəməxsus oyun görünürdü”.
“Neftçi”nin mətbuat xidməti bildirib ki, hazırda komandanın baş məşqçisi vəzifəsinə 2 namizəd var. Bunlar ukraynalı Yuri Vernidub və belaruslu Viktor Qonçarenkodur. Aslan Kərimov isə paytaxt təmsilçisini yerli mütəxəssisin çalışdırmasının daha yaxşı ola biləcəyini deyib:
“Mən həmişə yerli məşqçinin tərəfdarıyam. Çünki bizim futbolçularımızı onlardan yaxşı heç kim başa düşməyəcək. Digər tərəfdən isə mətbuatda oxuduma görə, gələn əcnəbi mütəxəssis üçün bütün şəraitlər yaradılır. Düşünürəm ki, bu şəraiti yeri məşqçilər üçün də yaratmalıdırlar. Məncə, yerli mütəxəssisə şərait yaratmayıb, nəticə tələb edirlərsə, lakin əcnəbi məşqçiyə şərait yaradıb, nəticə qazanmırlarsa, bu, klub rəhbərliyini düşündürməlidir. Mən nə Vernidubun, nə də Qonçarenkonun iş prinsipinə bələdəm. Ona görə də bu məşqçilərdən hansının daha çox “Neftçi”yə uyğun olduğunu deyə bilmərəm. Mən sadəcə onların adlarını eşitmişəm. Bu işin içində olmadan qiymət vermək düzgün deyil. Bəlkə də hər ikisi də çox yaxşı mütəxəssisdirlər. Hansısa yerli məşqçinin də adını çəkmək mənim üçün çətindir. Amma bir çox mütəxəssislərimiz var. Mən ən azından Samir Abasovun baş məşqçi vəzifəsində qalmasının tərəfdarı idim”.
Qeyd edək ki, “Neftçi” 2021/22 mövsümündə Premyer Liqanı 2-ci pillədə tamalayıb.
Xatırladaq ki, Viktor Qonçarenkonun son klubu Rusiya “Krasnodar”ı, Yuri Vernidubun son iş yeri isə Moldova “Şerif”i olub.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”