"Sabah" Rusiya Premyer Liqasının bombardirini alır? - Musayevdən açıqlama

"Sabah" Rusiya Premyer Liqasının bombardirini alır? - Musayevdən açıqlama
ÖLKƏ FUTBOLU 9 İyun 2022 / 13:50 6833
-  A +

“Sabah”ın baş məşqçisi Murad Musayev “Ufa”nın (Rusiya) hücumçusu Həmid Ağalarovu transfer edəcəklərinə dair yayılan xəbərlərə münasibət bildirib.

Daha əvvəl Rusiyanın eurostavka.ru saytı “Sabah”ın Rusiya U-21 millisinin dağıstanlı hücumçusunu transfer etmək istədiyinə dair məlumat yayıb. İddia edilib ki, Azərbaycan tərəfi H. Ağalarovu milliləşdirmək də istəyir. 

M.Musayev özü isə metaratings.ru saytına açıqlamasında deyib: “Hazırda mən məzuniyyətdəyəm. Ona görə də şərh verə bilmərəm. Transfer yoxdur, əgər olsaydı, nəsə deyərdim. Mən çox oyunçu ilə maraqlana bilərəm. Amma siz bilirsiniz ki, əgər transfer yoxdursa, o, şərh edilməməlidir”.

Qeyd edək ki, H.Ağalarov 2021/22 mövsümü Rusiya Premyer Liqasının bombardiri olub (20 qol).

Daha çox


Son xəbərlər
02.03.26  12:09

Messi Peleyə çatdı

02.03.26  09:36

Messi dubl etdi

topaz banner