Cənubi Afrikadakı iki futbol matçı hamını şoka salıb.
Qol.az goal.com-a istinadən xəbər verir ki, 2-ci liqaya yüksəlmək üçün mübarizə aparan “Matiyasi” “Nsami Mighty Birds”lə oyunda 59:1 hesabı ilə qələbə qazanıb. Amma təəccübə səbəb olan təkcə bu heyrətamiz hesabın qeydə alınması olmayıb. Məsələ burasındadır ki, bu 59 qoldan 41-ni rəqib futbolçular öz qapılarına vurublar.
3-cü yerdə olan “Matiyasi”nin üst liqaya vəsiqə qazanması üçün ona 18 top fərqli ilə qalib gəlməsi tələb olunub. Amma onlar rəqibi 58 top fərqi ilə məğlubiyyətə uğradıb. Oyundan sonra yerli futbol federasiyası araşdırma apararaq hər iki komandanın matçın nəticəsini əvvəlcədən razılaşdırdığı qənaətinə gəlib və bu klubları ömürlük bütün yarışlardan kənarlaşdırıb.
Lakin liqada danışılmış oyun təkcə bu oyunla bitməyib. “Matiyasi” ilə eyni xala malik, amma daha az qol fərqli olan digər komanda “Shivulani Dangerous Tigers” isə “Kototo Happy Boys”la görüşdə 33:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda isə rəqibin futbolçuları 7 dəfə avtoqol ediblər. Görüşdən sonra bu matçın da danışılmış olduğu ortaya çıxıb. Federasiyanın qərarı ilə bu iki klub da futboldan ömürlük uzaqlaşdırılıb.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi