“Neftçi”nin baş məşqçisi vəzifəsinə namizəd olan Yuri Vernidub hələ də Ukraynada Rusiya ordusuna qarşı könüllü döyüşməkdədir.
Qol.az xəbər verir ki, Vernidub bu ilin fevralında işlədiyi Moldovanı tərk edərək vətəninə qayıdıb və könüllü olaraq ordu sıralarına yazılıb. O, dünən çalışdırdığı “Şerif”lə yolları ayırıb. Bundan sonra “Neftçi” rəsmən elan edib ki, Vernidub baş məşqçi vəzifəsinə namizədlərdən biridir.
56 yaşlı mütəxəssis dünən Ukrayna mediasına açıqlamasında “Krivbass” (Krivoy-Roq) klubundan təklif alması barədə sualı cavanlandırarkən hazırda hərbi hissədə olduğunu söyləyib: “Həyatda hər şey ola bilər. Bu gün isə mən öz hərbi hissəmdəyəm. Bununla bağlı fikir söyləmək üçün konkretlik lazımdır. Hər cür söhbət ola bilər. Hazırda mən Ukrayna Silahlı Qüvvələrinin sıralarındayam”.

“Şerif”dən ayrılması haqda danışan Vernidub deyib: “Bu, bizim ümumi qərarımız oldu. Rəhbərliyə dedim ki, ora qayıda bilməyəcəm. Hərbi xidmətdən sonra məni orada gözləyən olmayacaq. Komanda indi Çempionlar Liqasına hazırlaşmalıdır. Düşünürəm ki, doğru qərar vermişəm. Əgər mənə indi hardasa işləmək qismət olsa, yaxşı olar ki, elə Ukraynada qalım”.
Verniduba “Neftçi” ilə bağlı olmasa da, gələcək karyerasını davam etdirəcəyi haqda sual ünvanlanıb. O deyib: “Baxarıq. Planlar var. Amma mən hələ ki, Silahlı Qüvvələrin tərkibindəyəm və bilmirəm, sonra nə olacaq. Əgər icazə versələr, işləyəcəm. Əks halda sona, qələbəmizə qədər cəbhədə qalacağam”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”