"Qələbə qazanası oyunlar bunlar idi, o da olmadı. İki matçdan bir xal götürmək kifayət deyil. Milli komanda bizim qürur yerimizdir. Amma eyni oyun sxemi ilə uğursuz nəticələr qazanırıq”.
Bu sözləri Qol.az-a açıqlamasında millimizin sabiq üzvü Əfran İsmayılov deyib.
Yığmamızın Millətlər Liqasında Qazaxıstan və Belarusla keçirdiyi oyunlardan danışan 34 yaşlı yarımmüdafiəçi uğursuz nəticələrə səbəb kimi komandamızın oyun üslubunu göstərib: “Müdafiə futbolunu Slovakiyaya qarşı oynamaq olar, amma Qazaxıstan və Belarus kimi komanda ilə hücum futbolu lazım idi. Beşli müdafiədən dördlüyə keçməliyik. Belə olmaz. Şanslar yaradırıq, amma hücumameyilli futbolçular meydanda az olduğu üçün bu imkanlardan yararlana bilmirik”.
Ə.İsmayılov qarşıdan gələn Slovakiya ilə oyunda millimizin mütləq qələbə qazanmalı olduğunu bildirib: “Slovakiya millisi Qazaxıstana uduzub. Ona görə də daha istəkli olacaqlar. Evdə oynasaq da, bizə çətin olacaq. Amma mütləq qələbə qazanmalıyıq ki, qrupdan çıxmaq şansımızı saxlayaq. Əslində rəqiblər bizə uyğundurlar. Ona görə də ancaq bu qrupdan çıxmaq haqda düşünməliyik. Başqa şey haqda fikiкləşməməliyik. Amma dediyim kimi, belə oyun sistemi ilə oynasaq, çətin ki, nəyəsə nail olaq. Məncə, uğur qazanmağımızın qarşısını alan ən böyük amil çox müdafiəyəmeyilli oynamağımızdır”.
Ə.İsmayılov onu da qeyd edib ki, onun oynadığı dövrdə Qazaxıstan və Belarus millisinə rahatlıqla qalib gəlmək olardı: “Millidə heç bir inkişaf yoxdur. Belə rəqiblərə qarşı oyunda qalib gələ bilmiriksə, heç bir inkişafdan söhbət gedə bilməz. Bizim vaxtımızda – Robert Prosineçkinin baş məşqçi olduğu dönəmdə bu komandalarla qarşılaşsaydıq, rahat şəkildə uda bilərdik. İndi heyətimizə baxırsan, hamısı klubunda lider futbolçulardır, Avrpoda çıxış edən oyunçular da var. Amma yenə nəticə yoxdur. Bunu səbəbini baş məşqçinin taktiki sxemində görürəm”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”