Mini-futbol yığmamız Avropa çempionatının pley-offunda

Mini-futbol yığmamız Avropa çempionatının pley-offunda
ÖLKƏ FUTBOLU 7 İyun 2022 / 14:43 3264
-  A +

Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda B qrupundakı üçüncü görüşündə Albaniya ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub. Bu nəticədən sonra milli qrupda xallarının sayını 6-ya çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.

Yığma ilk turda Rumıniya kollektivinə 0:2 hesabı ilə uduzub, ardınca İspaniyanı 5:1 hesabı ilə yenib. Qrupun digər matçında İspaniya Rumıniya ilə görüşəcək.

Daha çox


Son xəbərlər
04.03.26  14:12

"Barselona"da itkilər

topaz banner