Cavid Hüseynov “Neftçi”yə keçir

Cavid Hüseynov “Neftçi”yə keçir
ÖLKƏ FUTBOLU 6 İyun 2022 / 12:40 5624
-  A +

Region Liqasının qalibi “Cəbrayıl”ın prezidenti və baş məşqçisi Cavid Hüseynovun fəaliyyətini “Neftçi”də davam etdirəcəyi gözlənilir.

Qol.az-ın xəbərinə görə, veteran futbolçu “Neftçi”nin U-19 komandasının rəhbərliyinə dəvət alıb. Onun baş məşqçi vəzifəsinə təyin ediləcəyi haqda rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir.

Qeyd edək ki, C.Hüseynov “Neftçi”dəki fəaliyyətinə “Cəbrayıl”ın UEFA Region Kuboku yarışındakı çıxışından sonra başlayacaq.

Daha çox


Son xəbərlər
04.03.26  14:12

"Barselona"da itkilər

topaz banner