“Biz qıraqdan baxıb millimizin oyunu haqda çox söz deyə bilərik. Amma toplanışda kimin hansı vəziyyətdə olmasını bilmədən bundan danışmaq düzgün çıxmır. Onu demək olar ki, bizim Qazaxıstanda cinahlarımız yox səviyyəsində idi”.
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.
Yığmamızın Millətlər Liqasında səfərdə Qazaxıstana uduzmasından (0:2) danışan millimizin keçmiş kapitanı komandamızın oyununu analiz edib. O, millimizin daha hücumameyilli oynamalı olduğunu bildirib: “Cinahlarda sürətli, texnikalı oyunçular istifadə etmək daha yaxşı olardı. Şəxsi fikrimdir. Hücumun sivri ucunda Renatla Mahir boş qalmışdılar. Cinahlardan təzyiq göstərməyimiz lazım idi. Amma daha çox müdafiəyəmeyilli oynadıq. Bu da cinah müdafiəçilərinə görə idi. Cinahlardan daha çox təzyiq göstərsək, rəqibi qapısının ağzına sıxa bilərik. Konkret ad çəkmək də istəmirəm. Çünki kimin hansı vəziyyətdə olmasını bilmirəm. Amma Toral Bayramov, Namik Ələskərov cinahlarda oynaya bilər. Bunlar daha sürətli və texnikalı oyunçulardır”.
A.Kərimov qeyd edib ki, Qazaxıstana uduzmağımızın əsas səbəbi heyət seçimi ilə bağlı deyildi: “Çünki ilk hissədə o heyətlə də kifayət qədər qol imkanlarımız oldu. Gərək qol imkanlarından yararlanasan ki, qələbə qazanasan. Yəni heyət seçimi səbəblərdən biri ola bilər. Digər səbəb odur ki, ikinci hissədə ilk yarıya nisbətən geridə oturduq. O fakt da var ki, Qazaxıstanda çempionatın ortasıdır, bizdə isə mövsüm başa çatıb və bəzi oyunçular üçün yenidən oyuna köklənmək ağır idi. Bunu ikinci hissədə gördük. Zəif çıxış etməyimizin səbəblərindən biri də bu ola bilər”.
A.Kərimov millimizin Belarusla bu gün keçiriləcək oyunu ilə bağlı da danışıb. O qeyd edib ki, bu oyunda millimizdən daha yaxşı nəticə gözləmək olar: “Ümumiyyətlə, bu qrupda Slovakiyanı nəzərə almasaq, digər rəqiblərlə oyunlardan yaxşı nəticə gözləmək olar. Belarus millisi fərqli bir oyun üslubuna malik komandadır. Qazaxıstan millisi kimi oynamırlar. Onlar daha strukturlu oynayacaqlar. Məncə, meydana 4-4-2 taktiki düzülüşü ilə çıxacaqlar. Kompakt müdafiə olunmağa və bizi əks hücumda yaxalamağa çalışacaqlar. Düşünürəm ki, oyunun üslubu bu məcrada gedəcək. Şanslar bərabərdir. Amma bu oyunda millimizdən uğurlu nəticə gözləyirəm. Bunun öhdəsindən gələ bilərik. Futbolçularımızın fiziki və psixoloji hazırlığı yaxşı olduğu halda Belarus millisinə qalib gələ bilərik.
Bizim millinin hansı sistemdə oynaması o qədər də önəm kəsb etmir. Əsas vacib olan mövqelərdə hansı futbolçuların oynamasıdır. Beşli müdafiə ilə oynayası olsaq, cinahlarımızda Abbas və Toral daha effektli olar. Çünki onlar Azər Salahlıdan daha hücumameyillidirlər. 5-4-1 sistemi ilə oynasaq, yenə cinahda Namik faydalı olar. Bir hücumçu ilə oynasaq, digər cinahda Mahirdən istifadə etmək lazımdır. Bununla komandamız daha dişli və rəqibi hərtəfəli üstələmək imkanları olar. Amma 2 hücumçu ilə oynayırsansa və cinahlara müdafiəyəmeyilli futbolçular qoyursansa, bu, effekt vermir. Yəni qarşıda çoxala bilmirik. Hücumçularımız tək qalır. Belarus millisinə qarşı cinahlardan daha çox istifadə edə bilərik. Çünki onların beşli müdafiə sistemi ilə oynayacaqlarına inanmıram”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”