“Bu mənzərələr De Byazinin təyinatı olanda gözümün qabağından keçirdi. Təəssüflər olsun ki, normal bir oyun gözləmirdim. Millimiz bizi yenə məyus etdi. Bu cür zəif rəqibə qarşı yenə də ortada nəticə yoxdur”.
Bu sözləri Qol.az-a açıqlamasında millimizin sabiq futbolçusu Bəxtyar Musayev deyib.
Yığmamızın Millətlər Liqasında Qazaxıstana uduzduğu (0:2) matç haqqında danışan tanınmış futbol skautu bildirib ki, baş məşqçisi Canni De Byazi olan komandadan heç nə gözləmir: “Rəqibin bir neçə əsas futbolçusu oynamırdı. Amma bu qədər zəif olacaqlarını gözləmirdim. İlk hissədə ayaqları top tutmurdu. Belə rəqib bizi 2:0 uddu. Təəssüflüsü odur ki, qol buraxandan sonra heç nə edə bilmirik. Sözün bitdiyi yerdir. Oyundan sonra De Byazi komandanı ağız dolusu tərifləyib ki, çox yaxşı oynadıq. Hansı rəqibə qarşı oynamısan? Rəqib bərbad vəziyyətdə idi. Normal rəqibə qarşı yaxşı oynayanda komandada bir qığılcım olur, o biri matçda faydasını görürsən. Nə məşqçinin oyuna normal müdaxiləsi oldu, nə taktiki gedişi. Formal dəyişikliklər etdi.
Əsas günah De Byazi ilə müqaviləni artıranlardadır. Onlar böyük məsuliyyət daşıyır. Belə olmaz. Niyə hər dəfə milliyə baxanda bu qədər əsab keçirməliyik? Bu məşqçi nə göstərdi ki, onunla davam etmək qərarı verildi? Bundan nə nəticə tələb edirlər? Nəticəni işi normal bacarandan tələb edərlər. Bu adam 2 ildir sübur edir ki, heç bir şey bacarmır. De Byazi məşqçi kimi bitib artıq. Bütün oyunlarında səhvlərini görürük. Oyuna heç bir normal müdaxiləsi olmayıb. Sonradan meydana buraxdığı oyunçular gah qapımıza penaltiyə səbəb olub, gah da qırmızı vərəqə alıb. Sonra deyir ki, oyunçumuz qırmızı vərəqə aldı. Bunu sən buraxmısan da meydana. Yəni bərbad baş məşqçi ilə davam edəndə nəticəsi belə olmalıdır”.
B. Musayev De Byazinin heyət seçimini də tənqid edib: “Müdafiəçilərdən ibarət heyət qurur. Aylardır oynamayan futbolçunu meydana buraxır. Maksim Medvedev uzun müddətdir müdafiənin sağ cinahında oynamırdı. Üç mərkəz müdafiəçisi oynatmaq üçün Maksimi sağda oynatdı. Qorxaq məşqçidir, qorxaq da futbol oynadır. 0:2 uduzursan, heç olmasa cinahlardan hücumameyilli oyunçular sal, bəlkə, onlar nəsə edəcək. Heç bir kreativliyi yoxdur. Nəsə yaradıcı, hücumameyilli takitiki gedişini görmürük. Bununla heç nəyə nail olmaq olmaz. Axı bizim futbolçularımız qazaxlardan zəif deyildi. Onların ayağı heç top tutmurdu. Sırf məşqçinin ucbatından bu vəziyyətdəyik. Son dəfə “ölü” Kipri udmuşduq. 1 ildən çoxdur ki, qələbə üzünə həsrətik”.
B.Musayev De Byazinin hər məğlubiyyətdən sonra “Komandam yaxşı futbol oynadı” ifadəsinə isə belə münasibət bildirib: “Gərək futbolu biləsən ki, məşqçidən də nəsə tələb edəsən. De Byazini baş məşqçi təyin edənlər gör nə vəziyyətdədir. O da bunu nəzərə alıb, hər oyundan sonra bəhanələr gətirir ki, yaxşı oynadıq, filan elədik. Onun qarşısına faktları qoymaq lazımdır ki, hansı yaxşı oyundan danışırsan? Qapıya zərbələr oldu, amma hansı rəqibə qarşı? Gərək bunu biləsən ki, De Byazidən də tələb edəsən. O da bizim başımızı aldatmasın. Çox bərbad komandalara uduzuruq. Qazaxıstan millisinin arıq, cavan uşaqları qarşısında çox əzik göründük”.
B.Musayev millimizin qarşıdan gələn Belarusla matçından da heç nə gözləmədiyini qeyd edib: “Bu, De Byazinin komandasıdır. Eksperimentlər aparır. Nə etdiyini özü də bilmir. Millidən normal bir şey gözləmirəm. Belarus millisinin hansı səviyyədə olduğunu bilmirəm. Çünki neçə vaxtdır oyunlarını izləmirəm. Amma biz öz oyunumuza baxmalıyıq. Bizim oyunumuzda da ümidverici nəsə yoxdur. Bilirəm ki, hazırda Belarus millisi də yaxşı durumda deyil. Ancaq bizim yığmamız da nəsə ümid vermir. Ən zəif milli ilə oynasaq da, öz komandamızdan normal nəticə gözləmirəm. Bunun səbəblərini bir-bir açıqlayıram. Bu qədər zəif rəqiblərə uduzandan sonra millidən gözləntim nə ola bilər ki? Yaxşı heç bir şey gözlənilmir. Ən böyük səbəbkarlar isə baş məşqçi De Byazi və onu ora təyin edənlərdir. Məşqçi işi, məşqçi təpəri olmalıdır. Baş məşqçinin zəhmi da nəticəyə təsir edir. Futbolçu məşqçidən çəkinməlidir. Yəqin futbolçular heç nə hiss etmirlər. O vaxt Əhməd Ələsgərovun baş məqşçi olduğu dövrdə bizdə ikiqat məsuliyyət var idi. Özümüz də bilirdik ki, bu, millidir, can qoymaq lazımdır, amma məşqçidən də çəkinirdik. Millimizin futbolçuları De Byazinin üzünə baxanda heç bir şey görmür. Düzdür, hər biri bacardığı qədər çalışır, amma bunlara yol göstərən məşqçidir. Belə zəncirvari səhvlərlə gedirik. Allah axırını xeyir eləsin. Futbolumuz uçurumdadır. Əsasən də milli səviyyəsində”.
Ramiq Ağaməmmədov
"Fənərbaxça"nın futbolçusu vətəninə qayıdır
"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov
Levandovski qoruyucu maskada məşqlərə başladı
“Qarabağ”ın oyununda gözlənilməz hadisə - Video
Addainin dublu, "Qarabağ"ın inamlı qələbəsi - Video
Baş məşqçi hakimlərlə münaqişəyə görə cəzalana bilər
Premyer Liqanın ən çox ötürmə edən oyunçuları bəlli oldu
“Qarabağ” dramatik sonluqla yarımfinalda
"Bavariya" və Laymer arasında danışıqlar dayandırıldı
Neymar yenidən millidə oynaya bilər
Finallissima matçı harada baş tutacaq?
Hardadır bu gün o 30 min tamaşaçı? - Video
Rəqibi təhqir etdi, 6 oyunluq diskvalifikasiya olundu
Hakim qərarlarına görə liqanı tərk etdilər
Ronaldo sıradan çıxdı
"Onlar uduzmuş ölkədir, uçuruma doğru gedirlər"
"Qarabağ" - "Şamaxı": Heyətlər
Milliyə kimlər çağırıldı?
2-ci liqada 16-cı tura yekun vuruldu
19 yaşlı azərbaycanlı Kipr klubunun transfer hədəfində
Asensio heyətdən kənarda qaldı
“Araz-Naxçıvan”ın akademiyasında görüş keçirilib
"Ümid edirəm ki, ÇL-in 1/4 finalında qarşılaşacağıq"
"Barselona"da itkilər
"Qarabağ"ın maraq dairəsində olan 16 yaşlı futbolçu kimdir?
Baş məşqçisi Traoreyə əzələ yığmağı qadağan edib