Yığmamızdan kənarlaşdırıldılar

Yığmamızdan kənarlaşdırıldılar
ÖLKƏ FUTBOLU 4 İyun 2022 / 13:41 2582
-  A +

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan U-19 millisinin heyətində dəyişiklik olub.

Qol.az xəbər verir ki, üç futbolçu -  Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb.

"Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.


Son xəbərlər
04.03.26  14:12

"Barselona"da itkilər

topaz banner