"Futbolçularımla fəxr edirəm" - Milan Obradoviç

"Futbolçularımla fəxr edirəm" - Milan Obradoviç
ÖLKƏ FUTBOLU 4 İyun 2022 / 09:00 3464
-  A +

"Qələbə münasibətilə hamını təbrik edirəm. Oyuna gəlincə, bu gün əsl futbol nümayiş etdirdikləri üçün futbolçulara təşəkkür edirəm. Çünki onlar qarşılarına qoyulan bütün tapşırıqları yerinə yetirdilər. Xüsusən də taktiki cəhətdən. Məhz buna görə də sərfəli nəticə qazana bildik. Futbolçularımla fəxr edirəm". 

Qol.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Estoniyaya 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Mütəxəssis hesabı tez açmağın onlarda özünəinam qazandırdığını bildirib: "Çoxsaylı qol vəziyyətlərimiz oldu.  Oyun daha böyuk hesabla başa çata bilərdi. Bununla belə, komandada bəzi fərdi səhvlər də var idi. Məhz buna görə də rəqib qapımız qarşısında təhlükəli vəziyyət yarada bildi. Amma futbolda belə hallar olur. Bunları müzakirə edəcəyik. Amma bu, əsas deyil. Futbolcularima inanıram. Onlar Azərbaycan futbolunun gələcəyidir. Uşaqlara həmişə hər oyunda və məşqdə özlərini sübut etməyi tapşırıram. Arzu edirəm ki, onlar öz klublarına qayıtdıqdan sonra da bunun davamını gətirsinlər. İnanıram ki, onlar daha yaxşı oynaya bilərlər".

Daha çox


Son xəbərlər
04.03.26  14:12

"Barselona"da itkilər

topaz banner