"Neftçi”də Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyunun 8-nə təyin edilib. İclasın gündəliyinə hesabatların dinlənilməsi, A və B komandaların baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi və təsdiqi, növbəti mövsümün büdcəsi və digər məsələlər daxildir.
Qeyd edək ki, hazırda "Neftçi"nin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri belaruslu mütəxəssis, BATE və SSKA-nın (Moskva) da çalışdırıcısı olmuş Viktor Qonçarenkodur.
Əlavə edək ki, 2019/20 və 2020/21 mövsümlərində "Neftçi"nin baş məşqçisi olmuş Samir Abasovla müqavilənin müddəti son mövsümün yekununda başa çatıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi