Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Belarusla keçirəcəyi oyununa hakim təyinatları açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Referi Məhəmməd Əl-Hakim olacaq. Ona yan xətt hakimləri qismində Fredrik Kliver və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.
Qeyd edək ki, mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karacorce” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi