Millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 1-ci turunda Qazaxıstanla səfər oyunu öncəsi mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, budəfəki Millətlər Liqasının ilk mövsümdən fərqli olacağına inandığını deyib: "Sabahkı matç üçün heyəti müəyyənləşdirmişəm. Amma indi bunu açıqlaya bilmərəm. Sabah oyundan əvvəl biləcəksiniz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var”.
İtaliyalı mütəxəssis yığmanın Qazaxıstan, Slovakiya və Belarusla birgə yer aldığı C liqasının 3-cü qrupun güclü olduğunu söyləyib: "Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq".
De Byazi düşündüyü bütün futbolçuları növbəti oyunlar üçün milliyə çağırdığını deyib: “Bəzi oyunçular var ki, gələcəkdə milliyə düşəcəklər. Amma hazırda ən yaxşılar heyətdədir. Heyətdə itki yoxdur. İlk matç çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir".
Baş məşqçi matçın keçiriləcəyi stadionun qazonunun süni olması barədə də danışıb: "Bu, problem olmamalıdır. Azərbaycanda da bu cür meydançalar var. Əsas çatışmazlıq kimi təqvimin sıx olmağını qeyd edə bilərik. Çünki oyunlar üç gündən bir olacaq”.
Qeyd edək ki, sabah keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Fənərbaxça"nın futbolçusu vətəninə qayıdır
"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov
Levandovski qoruyucu maskada məşqlərə başladı
“Qarabağ”ın oyununda gözlənilməz hadisə - Video
Addainin dublu, "Qarabağ"ın inamlı qələbəsi - Video
Baş məşqçi hakimlərlə münaqişəyə görə cəzalana bilər
Premyer Liqanın ən çox ötürmə edən oyunçuları bəlli oldu
“Qarabağ” dramatik sonluqla yarımfinalda
"Bavariya" və Laymer arasında danışıqlar dayandırıldı
Neymar yenidən millidə oynaya bilər
Finallissima matçı harada baş tutacaq?
Hardadır bu gün o 30 min tamaşaçı? - Video
Rəqibi təhqir etdi, 6 oyunluq diskvalifikasiya olundu
Hakim qərarlarına görə liqanı tərk etdilər
Ronaldo sıradan çıxdı
"Onlar uduzmuş ölkədir, uçuruma doğru gedirlər"
"Qarabağ" - "Şamaxı": Heyətlər
Milliyə kimlər çağırıldı?
2-ci liqada 16-cı tura yekun vuruldu
19 yaşlı azərbaycanlı Kipr klubunun transfer hədəfində
Asensio heyətdən kənarda qaldı
“Araz-Naxçıvan”ın akademiyasında görüş keçirilib
"Ümid edirəm ki, ÇL-in 1/4 finalında qarşılaşacağıq"
"Barselona"da itkilər
"Qarabağ"ın maraq dairəsində olan 16 yaşlı futbolçu kimdir?
Baş məşqçisi Traoreyə əzələ yığmağı qadağan edib