Əfran İsmayılov da "Səbail"dən ayrıldı

Əfran İsmayılov da "Səbail"dən ayrıldı
ÖLKƏ FUTBOLU 31 May 2022 / 20:35 3656
-  A +

“Səbail”in futbolçusu Əfran İsmayılov komandadan ayrılıb.

Bu barədə Qol.az-a 33 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

O, karyerasını başa vurmaq ehtimalının da olduğunu bildirib: “Bu barədə fikirləşirəm. Hələ dəqiq deyil. Görək necə olacaq".

Millimizin və “Qarabağ”ın sabiq futbolçusu 2020-ci ildən “Səbail”də çıxış edirdi.

Xatırladaq ki, "Səbail" daha əvvəl baş məşqçi Aftandil Hacıyev, futbolçular Camal Araqo, Domantas Şimkus, Nikolas Raysel və Elxan Əhmədovla da yollarını ayırıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner