"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Zirə" ilə oyundan (1:1, penaltilər seriyası - 4:3) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Oyun barədə danışmayacam. Rəşadı və komandasını təbrik edirəm. Çox yaxşı mövsüm keçirdilər və layiqli final oyunu göstərdilər. Bütün incəliklərə qədər oyuna hazırlaşmışdılar. Başda rəhbərlik olmaqla bütün klubumuzu təbrik edirəm. Azarkeşləri təbrik edirəm.
- Penaltilərə hazırlaşmışdınız?
- Xeyr. Ümumiyyətlə, buna hazırlaşmırıq. Amma ilboyu hər həftə futbolçular məşqdən sonra qalıb məşq edirlər. Ordan diqqətimdə saxlayıram. Psixoloji olaraq belə oyunlardan əvvəl futbolçuları penaltilərə kökləmək istəmirəm. İnanıram ki, qarşıdakı oyunlarda bu mərhələyə kimi gətirmərik.
- Oyunun belə çətin keçməsinin sizin üçün yaxşı olduğunu demək olar?
- Matçın gedişində bunu düşünürdüm. Çox möhkəm mübarizə apardılar. Futbolçularım bir az ayıldı. Çempionluqdan sonra istər-istəməz tam hazırlaşmaq çətin olur. Ağır mövsüm keçirmişdilər. Bu oyun futbolçularımı silkələdi. Mövsümün ən maraqlı və mübarizəli oyunlarından bəlkə də birincisi oldu.
- Komanda neçə gün istirahət edəcək?
- Çox az. Mən istəyərdim ki, bütün futbolçularımın əvəzinə lazım olan işləri görüm, dincəlsinlər. Amma milliyə gedəcəklər, çoxunun istirahətə vaxtı olmayacaq. Mən də yəqin 3-4 gün istirahət edə biləcəyəm.
- Qarşıdan Çempionlar Liqası gəlir. Yeni mərkəz müdafiəçisi ilə anlaşdığınız deyilir...
- Xeyr. Anlaşmamız yoxdur. Bir neçə futbolçu ilə danışıqlar gedir. Fərqli-fərqli mövqe oyunçularıdır. Razılıq yoxdur.
- Kimlərin gedəcəyi bəllidir?
- İki gün ərzində hər şey konkretləşəcək.
- “Qarabağ” 5 il sonra “qızıl dubl” etdi...
- Çox xoşdur. Belə final oyunları futbolçuların böyüməsi üçün faydalıdır. Həm çempionat, həm kubokda iddialı olmuşuq. İnşallah, bundan əl çəkməyəcəyik. 5 il sonra “qızıl dubl” etmək çox xoşdur. Azərbaycan kuboku başqa bir prestijdir. Hər bir futbolçu bunu əldə etmək istəyir.
- Avropada daha yaxşı nəticələr üçün daha səviyyəli oyunçular transfer edəcəksiniz?
- Avropada əldə etdiyimiz uğurlardan da çox məmnunuq. Az nəticələrimiz olmayıb. Minimum əldə etdiyimizi qoruyub saxlamağa çalışırıq. Daha irəli getməyi, təbii ki, istəyirik. Bizdən asılı olmayan məsələlər var. Realist yanaşmaq lazımdır. İlboyu rəhbərliklə də danışıqlarımız olur.
- Bu mövsüm “Qarabağ” üçün ən uğurlu mövsümlərdən oldu. 10 ballıq şkala ilə mövsümə necə bal verərdiniz?
- Gəlin, futbolçulara 10 bal verək. Çox əziyyət çəkdilər. Elə oyunlar oldu ki, ustalığımız, bəlkə, rəqibdən aşağı oldu, amma istəyin hesabına qələbələr qazandıq. Dözdülər, ciddi yanaşdılar. Onların işə yanaşmasına görə onlara 10 bal verərdim.
- Bu gün rəqibiniz dostunuz Rəşad Sadıqov idi. Onunla üz-üzə gəldiyiniz üçün hansı hissləri keçirirdiniz?
- Digər rəqiblərə qarşı 1 gün hazırlaşıramsa, Rəşada qarşı 2 gün hazırlaşıram. Hər oyun nəsə yeni bir düşüncəsi olur, məşqçiləri daha çox fikirləşməyə məcbur edir. Bu gün bütün xırda detallara toxunmuşdu, analiz etmişdi. Bu da onun bacarığı, böyüklüyü, peşəsinə olan sevgisidir. Bizim çox güclü dostluğumuz var. Amma bizi güclü dost edən belə işlərdə bir-birimizə güzəşt etməməyimizdir. Rəşad Sadıqova qarşı oynamaq nə qədər xoşdursa, ondan daha çox çətindir. Onun hər uğuruna sevinirəm. Qarşıda əldə edəcəyi uğurlar çoxdur.
- Adətən müəllimlərin tələbələrə hər şeyi öyrətdiyini, bir şeyi gizlətdiklərini deyirlər. Bu gün həmin gizlətdiyiniz şeyin qələbəni gətirdiyini düşünmürsüz?
- Yaxınlarım, dostlarım üçün heç nəyi gizlətmirəm.
"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"
FİFA milli komandaların yeni siyahısını açıqladı
"Tottenhem"in müdafiəçisi mövsümü başa vurdu
"Barselona" yeni qapıçı axtarışına başladı
Mərakeş FİFA və CAF-ı məhkəməyə verir
"Mançester Siti" millinin futbolçusunu transfer etdi - Rəsmi
Azərbaycanlı balasının “San Siro”dakı möhtəşəm qolu - Video
Ronaldo sabiq klubuna "qalib gəldi"
"Şamaxı"dan qışın ilk transferi
FİFA prezidentindən finaldakı qalmaqala sərt reaksiya gəldi
Tanınmış diktordan maraqlı “Qarabağ” açıqlaması - Video
"Ayntraxt" köməkçi məşqçilərlə də yollarını ayırdı - Rəsmi
"Karvan-Yevlax" sabiq baş məşqçisinə təzminat ödədi
"Yeni transferlər üçün büdcəmiz uyğun deyil"
İnyesta Mərakeş millisinə məşqçilik edə bilər
Azərbaycan çempionatında 170-dək boksçu mübarizə aparacaq
Mane: "Bu, Afrika Millətlər Kubokundakı son oyunum idi"
"AZ Alkmaar" baş məşqçisini istefaya göndərdi
Afrika Futbol Konfederasiyası bəyanat yaydı
"Qarabağ" - "Ayntraxt" oyununa nə qədər bilet satılıb?
Xabi Alonso "Tottenhem"ə baş məşqçilik edə bilər
Millimizin üzvləri tibbi testlərdən keçdilər - Video
"Qəbələ" və "Zirə"nin sabiq üzvü klubsuz qaldı
Seneqalda tətil elan edildi
"Qarabağ" - "Ayntraxt" matçının hakimləri açıqlandı
"Ferrari" ilə xoşbəxt olmayan adama Tanrının lütfü
Azərbaycandan gedəndən 7 ay sonra klub tapdı
Gəncə cüdosu üçün əlamətdar gün - Şəkillər
"Qarabağ"ın futbolçusu Superliqa klubunun hədəfində
Mane futbolçuları meydana qaytarmasından danışdı
"Ayntraxt" Bakıda məşq etməyəcək
Flik: "Hakimin nələr etdiyini hamı gördü"
"Qarabağ"ın almaq istədiyi hücumçu başqa kluba keçir
Şahruddin Naninin "Aktobe"yə mümkün keçidi haqda danışdı
Dibaladan son 20 ilin rekordu
"Barselona"nın ikinci ən uzun qələbə seriyası bitdi
Afrika Millətlər Kubokunun ən yaxşısı açıqlandı
"Milan" evdə, "Roma" səfərdə qalib gəldi
5 qol və "Fənərbaxça"nın qələbəsi - Video
Zamiq vacib oyunda ehtiyatda qaldı
"Barselona" uduzdu
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi