Milli komandamızın sabiq üzvü, son mövsümü “Sumqayıt”da keçirən Elvin Məmmədovun Qol.az saytına müsahibəsi
- Elvin, uzun müddətdir ki, mətbuatda görünmürsən. Özün danışmq istəmirsən, yoxsa yada salan azdır?
- Yox, sağolsunlar yada salanlar var. Sadəcə,həm özüm çox oynamıram, həm də komandamız hər oyun uduzurdu. Ona görə də xahiş edirdim ki, danışmayım. Uduzan komandanın futbolçusu nə danışsın ki? Həvəs olmurdu danışmağa. Nə qədər deyəsən ki, yaxşı olacaq.
- “Sumqayıt” Premyer Liqanı 6-cı pillədə başa vurdu. Mövsümü necə dəyərləndirərdin?
- Təbii ki, mövsüm bizim üçün yaxşı keçmədi. Həm çempionatda, həm də kubokda uğursuzluqlarımız oldu. Son dövrədə a daha çox uduzduq. Baş məşqçimiz dəyişdi. Yeni məşqçiyə vaxt lazım olur. Ona görə də bu mövsüm bizim üçün yaxşı olmadı. Yalnız mövsümün son 2-3 matçını yaxşı oynadıq.
- Bu mövsüm çox az oynadın. Bunun səbəbini nədə görürsən?
- Mən bəhanə axtarmaq istəmirəm. Həmişə düzünü demişəm. Baş məşqçimiz də də təsdiqləyər ki, maksimum şəkildə məşqlərimi edirdim. Məşqçi şans vermirsə, bu başqa məsələ. Ola bilər ki, onun sisteminə, yaxud da taktiki gedişinə uyğun gəlmirəm. Sağolsun, bir neçə oyunda məni meydana buraxdı. Mən yenə də kimdəsə günah görmürəm. Oynamırsansa, deməli, günah səndədir.
- “Sumqayıt”la müqavilən başa çatıb. Klub yeni müqavilə ilə bağlı danışıb səninlə?
- Danışıq olub. Çempionat yenicə başa çatıb. Yəqin ki, yaxın günlərdə hər şeyə aydınlıq gələcək.
- Bu barədə öz fikrin nədir?
- Qala da bilərəm, gedə də bilərəm. Onların təklifindən asılıdır.
- Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Turan Tovuz”a keçəcəyin haqda da xəbərlər var idi.
- Bir tovuzlu olaraq klubun Premyer Liqaya qayıtmasına çox sevindim. Mənim ora gedib-getməməyimdən asılı olmayaraq, çox sevindirci məqamdır. Mən də o məktəbdən çıxmışam. İllərdir ki, bunu gözləyən futbolçular var idi ki, biri də mənəm. Mənim məsələmə gələndə, bəli, həm klubun icraçı direktoru Nadir Nəbiyevlə, həm də baş məşqçi Ayxan Abbasovla danışığmız olub. Yaxın 2-3 gün ərzində məsələ həllini tapacaq. 10 gün bundan əvvələ qədər nəyin necə olacağı bilnmirdi. Tovuzlu azarkeşlər bizə zəng edirdilər ki, burdasız? Mən də deyirdim ki, məşqçisi bəlli olmayan komandaya səni kim apara bilər? Bəlkə, elə birməşqçi gələcək ki, məni istəməyəcək. Ancaq təsdiqlənəndən sonra sağolsunlar, mənimlə də danışıdılar.
- Həm “Sumqayıt”ın, həm də “Turan Tovuz”un səninlə danışdığını dedin. Seçimin hansı olacaq?
- Mən tovuzluyam, əgər danışığmız alınsa, niyə də olmasın? Canla-başla “Turan Tovuz”da oynamağa hazıram.
- “Turan Tovuz”un büdcəsi zəifdir. Klub az maaş təklif etsə, bu komandada oynayarsan?
- Maaş az da ola bilər. Bir tovuzlu kimi Nadir müəllim məni yaxşı tanıyır, mən də onu. Səmimiyyətimə şübhə etmirlər. Çox güman ki, maaş məsələsi az rol oynayacaq. Amma yenə deyirəm ki, məsələ tam həll olunmayıb. Hər şey ola bilər.
- “Turan Tovuz”dan büdcə məsələsinə görə dəfələrlə imkanlı şəxslərə müraciət olunub. AFFA isə 500 min manat ayırır. Səncə, kluba kim dəstək olmalıdır?
- Şəxsi fikrimi deyə bilərəm. Əlbəttə ki, 500 minlə komanda saxlamaq qeyri-mümkündür. Amma dövlət büdcəsindən ayrılan pullar var. Bunu elə tənzimləmək olar ki, klublar arasında ədaləli şəkildə bölünsün. Bu gün öz gücünə ayaqda duran klublar var. Məsələn, “Qarabağ”. Onlar UEFA-dan gələn gəlirlərlə komandanı saxlaya bilər. Belə klubların AFFA-nın 200 mininə ehtiyacı yoxdur. Səhv etnirəmsə, Premyer Liqa üçün bank təminatı 1.5 milyon manatdır. Bunu təmin edib sonra imkanlı şəxslərdən kömək istəmək olar. Qənirə Paşayevanın, başqa iş admlarının adı çəkilir. İnanıram ki, onlar dəstəyini göstərəcək. Amma ən birinci bank təminatı, yaxşı sponsor olmadan Premyer Liqaya çıxmaq asan deyil. Bu dəqiqə pul futbolda çox şeydir.
Ramiq Ağaməmmədov
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"