"Yarımfinala yaraşan oyun keçdi. Hər iki komanda istəkli idi, səhv etməkdən qorxurdu. İlk dəqiqələrdən pressinq edirdik. Yaxşı hücumlarımız oldu. Yüz faizlik qol imkanı yarada bilməsək də, şanslarımız var idi. Futbolçuların çıxışından çox razıyam. Oyunu yüksək səviyyədə keçirdilər. İkili oyunlardır. Qarşıda bizi cavab matçı gözləyir. Ona qədər çox önəmli çempionat oyunumuz var".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokun yarımfinalında "Neftçi" ilə qolsuz bərabərə qaldıqları ilk matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, Hamidu Keytanın oyunundan razı qaldığını bildirib: "Onun meydanda qalması rəqib üçün təzyiqdir. Amma sağlamlığı daha vacibdir. Zədələnməsindən ehtiyat etdiyim üçün əvəzlədim".
Sadıqov Premyer Liqada əvəzetmə sayının 5-ə yüksəldilməsi təklifi ilə bağlı söyləyib: "Çox məsələ var ki, standartdan kənara çıxırıq. Kimsə 5 əvəzetmə edirsə, o demək deyil ki, biz də belə etməliyik. Mövsümün əvvəlində bu təklifi mən dəstəkləmişdim. Mənim üçün 3 və ya 5 əvəzləmənin fərqi yoxdur. Hətta orta yolu deyirəm ki, 3 olmasa da, 4 əvəzləmə olsun. Pandemiya dövründən artıq çıxırıq. Avropada komandalar 50-60 oyun keçirirlər. Bizdə isə finala qədər getsən, 32 matç edir. Bu da çox deyil".
O, legioner limitinin ləğvi məsələsinin müzakirəyə çıxarılması ilə əlaqədar deyib: "Bu gün 7 yerli futbolçumuz start heyətdə idi. Nadir hallarda 6 legionerlə oynamışıq. Məşqçi işini bunun üzərində qurmamalıdır. Ötən mövsüm Cəlal Hüseynov limit səbəbindən oynamırdı. Layiq olduğu üçün meydana çıxırdı. Komanda sayı artdıqdan sonra hər kəsə yer olacaq. O qədər limitə düşən yerli futbolçu var idi ki, bu gün harada olduğu bilinmir. Bu, avrokuboklardakı çıxışımıza da mənfi təsir edir. Elə klublar var ki, gənc futbolçunu məcburiyyətdən oynadır. Mənə görə, 7+4 ideal limitdir. Bu gün yerli futbolçu sarıdan əziyyət çəkirik. Bəlkə də mənə limitin qalmağı sərf edər. Çünki gənclərə daha çox şans veririk".
"Zirə"nin çalışdırıcısı iki cəbhədə mübarizə aparmağın çətin olduğunu vurğulayıb: "Belədə vaxt az qalır. "Neftçi" ilə eyni vəziyyətdəyik. Amma məşqçilər üçün çətindir. Bəzən bizi Avropa ilə müqayisə edirlər. Amma bu, düzgün yanaşma deyil. Hər şey aşağı yaş qruplarından başlamalıdır. Millidə də bu problem olur. Futbolçularımız buna baxmayaraq, əzmkarlıq göstərirlər. Bütün oyunlar bizim üçün önəmlidir".
Sadıqov 1-ci divizionda mübarizə aparan "Zirə-2"nin sonuncu pillədə olması ilə bağlı söyləyib: "Bu komanda ilə bağlı da planlarımız var. Gənclərə orada şans vermək istəyirik. Mənim üçün nəticə önəmli deyil. Hazırda onu düşünmürük. Orada istedadlı gəncləri yetişdirmək istəyirik".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video