"Gərginlik oyunun ilk dəqiqələrindən hiss olunurdu. İki komanda da uduzmaq istəmirdi. Öz komandamın adından danışıram, ən azından ehtiyatlı oynayırdıq. Kubok oyunları bu məcrada keçir. Əsas məsələ uduzmamaq idi. Onu da futbolçular bacardı. Çox şikayət etmək istəmirik. Reallıq budur və görürsünüz ki, oyunlara itkirlərlə çıxırıq Buna baxmayaraq, oyunçular mübarizə aparırlar. Oyunun olmamasından şikayətlənirlər. Amma baxsınlar, meydana hansı futbolçulara çıxırıq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinalında "Zirə" ilə qolsuz bərabərə qaldıqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Çempionatın elə yerinə gəlib çıxmışıq ki, itkilərimiz haqda düşünmürük. Əlimizdə olan sağlam oyunçularla oynayırıq. Həmin gün şərt mübarizə aparmaqdısa, onu da etməliyik. Bunu da etdik. Futbolçulara təşəkkür edirəm. Bundan sonra çempionat matçına köklənəcəyik. Məqsədimiz uduzmamaq, seriyanı davam etdirməkdir. Bu yolda davam edəcəyik" - deyə o bildirib.
S.Abbaov heyətdəki itkilərin matça ciddi təsir etmədiyini vurğulayıb: "Amma ümumi duruma təsirsiz ötüşmür. Bu gün Voislav Stankoviç yoxdursa, deməli, problem var. Sezar Meza Kollinin yüngül zədəsi var idi. Ona görə bu gün son dəqiqələrdə ona şans verdik".
Baş məşqçi Ömər Buludovun müdafiənin mərkəzində oynaması ilə bağlı söyləyib: "Bu gün kim heyət qursa, belə edərdi. Bir oyunçu fərqli mövqelərdə inkişaf edirsə, bu, çox yaxşıdır. Ömərin mərkəzdə oynaması məcburiyyət idi. Düşünürəm ki, xüsusən ikinci hissədə ən yaxşılardan idi".
O, legioner limiti ilə bağlı məsələsinə də toxunub: "Mənim istəyimi bilirsiniz. Bu yöndə həddindən artıq sərtəm. Azərbaycan futbolunda limit götürülməlidir. Bu, bizim inkişafımıza ziyandır. 5 əvəzetmə yaxşı variantdır. Bütün ölkələr bunu edirsə, biz niyə etməyək? Hər şeyi zaman göstərəcək".
S.Abasov səfər qolu üstünlüyünün ləğvi barədə isə söyləyib: "Səfər qolu üstünlüyünün əziyyətini çəkmişik. Bir dəfə 3:3 hesablı heç-heçəyə görə mübarizəni dayandırmışdıq. Bugünkü sistemə öyrəşməliyik. Cavab görüşündə də buna uyğun hazırlaşacağıq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video