"Gərgin oyun alındı. Hiss olunurdu ki, “Qəbələ” kubok oyununa çox ciddi hazırlaşıb. Ümumiyyətlə, bu komanda kubok matçlarında öndə gedənlərdəndir, çox vaxtı finala çıxıb. İlk dəqiqələrdən oyunu ələ ala bilmədik. Amma get-gedə futbolçular tapşırıqlarımızı yerinə yetirməyə çalışdı. Bir neçə qol epizodumuz da oldu. Amma qollar sonda gəldi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Bura dünən gəlmişik. Adaptasiya olmaq futbolçular üçün bir o qədər də asan deyildi. Hər bir halda futbolçularımdan razı qaldım. Vacib qələbə qazandıq. Bu oyun göstərdi ki, qarşıdakı çempionat oyununa çox ciddi hazırlaşmalıyıq. Bütün diqqətimiz bu oyunda olacaq. "Qəbələ”yə də uğurlar arzulayıram" - deyə o bildirib.
Q.Qurbanovun sözlərinə görə, oynadıqları turnirlərdə hər il maksimum nəticə göstərmək istəyirlər: " Son neçə ildə bu alınmırdı. Bu mövsüm şansımız var, bundan istifadə etməyə çalışacağıq. Qarşıda hələ cavab oyunu var, çempionat da davam edir. Bəli, şanslarımız var. Bu il hər iki turnirin qalibi olsaq, buna sevinərik. Bunu nə dərəcədə bacaracağıq, qarşıdakı oyunlar göstərəcək”.
Qurbanov son zamanlar Patrik Andradenin klubdan böyük məbləğ tələb etməsi xəbərlərinə isə bu cür münasibət bildirib: "Patriklə danışıqlar gedir. Onun klubla iyunda müqavilə bitir. Hər bir futbolçu öz oyununu yaxşılaşdırdığı kimi, yaşam tərzini də yaxşılaşdırmaq istəyir. Ona görə də bu məsələyə normal yanaşıram. Ola bilər ki, daha çox üzdə olub, təklifləri çoxdur. Belə düşüncəsi ola bilər. Hər halda burada qlobal problem görmürəm. Onunla dost kimi danışıq gedir. Düşünürəm ki, yaxşı olar. Hər zaman çalışırıq ki, kim nəyə layiqdirsə ona qarşılığını verək. Neçə illərdi bu işin içindəyəm və siz deyən məsələyə pis baxmıram".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video