“Bəzi klublarımızdakı legionerlər heç top saxlaya bilmirlər”

“Bəzi klublarımızdakı legionerlər heç top saxlaya bilmirlər”
ÖLKƏ FUTBOLU 20 Aprel 2022 / 14:00 1685
-  A +

“Komanda elə oyunçu seçməlidir ki, onun tələblərinə cavab versin. Bizim elə klublarımız var ki, orada oynayan xarici oyunçular heç top saxlaya bilmirlər”. 

Bu sözləri Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına müsahibəsində bildirib. Təcrübəli mütəxəssis bəzi klubların transfer siyasətini tənqid edərək deyib: “Gəlib futbolu burada öyrənirlər. Bunlar kimə lazımdır? Biz Məşqçilər Komitəsi olaraq bunu həmişə deyirik, ancaq kimlərsə yenə edir. Niyə? Adı olsun ki, mənim klubumda da legioner var. Həmin oyunçular yerlilərin yerini tutur. Biz bunların hamısı analiz etmişik, elə-belə danışmırıq”.

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner