“Premyer Liqada əvəzetmə sayının artırılması barədə məsələ qaldırılanda biz demişdik ki, artıq mövsüm başlayıb. Bu məsələ mövsümün əvvəlində müzakirə olunmalı və qərar verilməli idi. Hamı öz hazırlığını da buna görə aparardı”.
Bu sözləri “Qəbələ”nin baş meneceri Nail Kərimov Qol.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasında əvəzetmə sayının 3-dən 5-ə yüksəldilməsi barədə və legioner limiti ilə bağlı müzakirələr haqda danışarkən deyib.
AFFA-nın Klublar Komitəsinin dünən keçirilən iclasında yeni mövsümlə bağlı legioner limiti və əvəzetmə məsələsi müzakirə edilib. Toplantıda “Qəbələ” klubu da təmsil olunub.
Nail Kərimov Qol.az-a bildirib ki, “Qəbələ” iclas zamanı əvəzetmə sayının artırılmasına görə narazılığını bildirməyib: “İndiki müzakirələrdə klub olaraq biz narazılıq bildirməmişik. Çünki bu, dünyada tətbiq olunan bir formatdırsa, deməli, Azərbaycanda da tətbiq edilməsində qeyri-adi bir şey yoxdur”.
Nail Kərimov legioner limitinin dəyişdirilməsinin “Qəbələ”yə problem yarada biləcəyini, lakin istənilən halda komandanı yeni formata uyğunlaşdıracaqlarını deyib: “Bu məsələnin bizim üçün çox da fərqi yoxdur. İstənilən halda biz komandanı yeni qərara, formata uyğunlaşdıracağıq. Əvvəllər biz deyirdik ki, limitə ehtiyac yoxdur, ümumiyyətlə, futbol limitlə tənzimlənməməlidir. İndi də biz bu fikrimizdə qalırıq. Lakin istənilən halda hazırda limitin bu şəkildə olması bizə bir növ yardımdır. Çünki gənc və yerli futbolçuların oynaması bizi digər büdcəsi çox olan klublarla bərabərləşdirir. Ona görə ki, limit olmasa, bizim üçün bir az çətinlik yaranacaq. Amma yenə də bu gün futbolun maraqları daha vacibdir. Klub olaraq fikrimiz belədir. Əgər limit dəyişikliyi haqda klublara vaxtında məlumat verilsə, biz də buna uyğunlaşacağıq. Legioner limiti aradan qaldırılsa, büdcəsi çox olan klublar istədiyi sayda xarici futbolçu transfer edib oynadacaq. Məsələn, onlar 11 legionerlə oynaya biləcəklərsə, biz bunu edə bilməyəcəyik. Amma dediyim kimi, vaxtında məlumat verilsə, biz də yeni qərara uyğunlaşarıq”.
Nur Zeynalova
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı