Ruslan Abışovdan Rəşad Sadıqova mesaj

Ruslan Abışovdan Rəşad Sadıqova mesaj
ÖLKƏ FUTBOLU 18 Aprel 2022 / 13:56 4789
-  A +

“Özümdə güc hiss edirəm. Hələ karyeramı bitirmək barədə düşünmürəm, oynamaq istəyirəm".

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Ruslan Abışov jurnalistlərə bugünkü açıqlamasında deyib.

35 yaşlı müdafiəçi  karyerası ilə bağlı mövsümün sonunda qərar verəcəyini bildirib: "Oynamaqla bağlı məsələ baş məşqçinin qərarıdır. Oynamağa şans versə, özümü göstərməyə hazıram. Gələcəklə bağlı mövsümün sonunu gözləmək lazımdır. Bizdə deyim var ki, 33-34 yaşa gələn futbolçu karyerasını bitirməlidir. Ancaq mən bu fikirlə razı deyiləm”.

Qeyd edək ki, R.Abışov "Zirə"yə 2021-ci ilin yayında keçib.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner