Aprelin 20-də Azərbaycan kubokunun yarımfinalının ilk oyunları keçiriləcək. “Qəbələ” “Qarabağ”ı, “Zirə” isə “Neftçi”ni qəbul edəcək.
Klubların mətbuat xidmətindən Qol.az-a komandadakı son durum haqqında məlumat verilib.
“Qəbələ”
Bir müddətdir zədədən əziyyət çəkən yarımmüdafiəçilər Yaovi Akakpo və Gülağa Əsədov bu görüşdə də “Qəbələ”yə kömək edə bilməyəcək. İspaniyalı yarımmüdafiəçi Fernan Lopes isə bu gündən komanda ilə məşqlərə başlayacaq. “Qəbələ”də cəzalı futbolçu yoxdur.
“Qarabağ”
“Qarabağ”da da cəzalı oyunçu yoxdur. “Qəbələ” ilə matça yalnız bərpa prosesində olan ispaniyalı yarımmüdafiəçi Xayme Romero hazır deyil.
“Neftçi”
“Neftçi”də millimizin üzvü Eddi İsrafilov cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək. Komandada mikrozədəlilər də var. Ancaq onların durumuna sabah aydınlıq gələcək.
“Zirə”
“Zirə”də cəzalı futbolçu yoxdur. Uzun müddətdir zədəli olan braziliyalı hücumçu Filipe Paxtmandan başqa, Rahil Məmmədovun da “Neftçi” ilə oyunda iştirak edə bilməyəcək. Müdafiəçi zədəlidir.
Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 29-da keçiriləcək.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video