“Əslində oyunlara hazırlıqlarımız yaxşı gedir, səylə məşq edirik. Baş məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetiririk. Amma oyuna gələndə nəsə alınmır”.
Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Əli Səmədov klubun mətbuat xidmətinə açıqlamasında komandanın son oyunlarda üzləşdiyi uğursuzluqlar haqqında danışarkən deyib.
Yarımmüdafiəçi məşq proseslərində vəziyyəti düzəltmək üçün dayanmadan çalışdıqlarını bildirib: “Deməzdim ki, çalışmalara qeyri ciddi yanaşırıq və bunun acısını çəkirik. Əsla, bütün diqqət məşqlərə yönəlib. Lakin oyunlarda istədiyimiz səviyyədə çıxış etməkdə çətinlik çəkirik. “Qara zolağa” düşmüşük və bundan komanda olaraq çıxa bilmirik”.
Kapitan “sarı-göylər”in azarkeşlərinə də səslənib. Məğlubiyyətlərin futbolçular kimi fanatlara da pis təsir etdiyini vurğulayıb: “Nəticələrlə azarkeşləri üzdüyümüzü yaxşı bilirik. Onlar da haqlıdırlar, narazılıqlarını çatdırırlar. Komanda ilk dövrədə belə deyildi. Məğlubiyyətsiz irəliləyirdik. Çıxışımızda dövrələr arasında böyük fərq var. Tez-tez iclaslar da keçiririk. Vəziyyəti təhlil edib nəticələr çıxarmağa çalışırıq. Lakin dediyim kimi durumu dəyişmək mümkün olmur. Bütün məsuliyyət futbolçuların üzərindədir. Vəziyyətdən çıxmaq üçün tezliklə toparlanmaq lazımdır. Çünki çempionatın başa çatmasına hələ 5 tur qalıb. Bizim hədəfimiz var ki, yarışı mükafatçılar sırasında başa vuraq. Əlimizdən gələni etsək, buna nail ola bilərik. Ən azından azarkeşlərimiz üçün bu məqsəd uğrunda mübarizə aparmalıyıq. Sağ olsunlar, bizə dəstək olurlar. Bu duruma özümüz düşmüşük, özümüz də vəziyyətdən xilas olmalıyıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video