"Yaxşı komandaya qarşı oynadıq. Meydanda da bu göründü. İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. Fasilədən sonra fərqi artırmaq istəyirdik ki, sonluq daha rahat olsun. Qol imkanlarımız var idi. “Səbail” elə komandadır ki, hesab böyük olanda da mübarizə aparır. Nə lazımdırsa, onu etməyə çalışdıq. Oyun nəzarətimizdə idi. Son dəqiqələrdə səhvə yol verdik. Ümumən, yaxşı oyunlarımızdan birini keçirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 2-ci qoldan sonra komandasının dayanmasının rahatlıq, yoxsa "Neftçi" ilə kubok oyununu fikirləşməklə bağlı olub-olmadığı ilə bağlı verilən sualı belə cavablandırıb: "Qətiyyən o barədə düşünmürdük. Futbolçular böyük stress altındadır. Bütün komandalarda bu, hiss olunur. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bu, onların fiziki formasına təsir edir. 2:0 sürüşkən hesabdır, fərqi artırmaq istəyirdik. Amma oyun elə getdi ki, sona qədər heç kimə istirahət verə bilmədik. Coşqun vərəqə limitindədir, onu bir az qoruya bildik. Bəzən verdiyin qərarlar qeyri-standart olur. Futbolçunun mövcud durumunu bilmək çətindir. Düz bildiklərimizi etməyə çalışacağıq. Rahatlaşmaq fikri yox idi. Qol imkanlarımız oldu, hətta qol da vurduq, oyundankənar vəziyyətə görə sayılmadı. Şükürlər olsun, qəza baş vermədən vacib oyunda qələbə qazandıq".
R.Sadıqov komandanın futbolçusu Davit Volkovun fərqlənə bilməməsindən danışıb: "Bu gün rotasiyalar etmişdik. Çempionat boyu buna gedirik. Volkov aparıcı futbolçularımızdandır. Həmişə qol vurmaq olmur. Hücumçuları nəzərə alsaq, çempionatda bütün hücumçular maksimum bu qədər qol vurub. 4 oyundan 3-nü səfərdə keçirmişik və yetərincə qol imkanı yaratmışıq. Bu da futbolun bir hissəsidir. Əsas odur ki, oyun planında problem olmasın. Son oyunlarda komanda yaxşı çıxış edib. Bu gün də göstərilən futbol həmin oyunların davamı idi. Nəticə çox vaxt oyun göstəricisi olmur. Ən əsas futbolçuların performansına diqqət edirəm".
Baş məşqçi Təmkin Xəlilzadənin oynamamasını səbəbini belə izah edib: "4-5 gündən bir oyuna çıxırıq. Elə şeylər var ki, açıqlaya bilmirəm. Çünki rəqiblərə məlumat vermiş oluram. Hər bir futbolçu mənim üçün aparıcıdır. Rotasiyalar daha çox olacaq. Sıx qrafikdə rotasiyalar etməyə məcburam".
O, hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu vurğulayıb: "Hər hansı planımız yoxdur. İdman elə bir şeydir ki, nəyəsə proqnoz vermək mümkün deyil. Mövsümdən öncə hədəf avrokubok idi. İndi şans varsa, daha artığını istəyə bilərik. Gedişatdan çox şey asılıdır. İlk hədəfimiz avrokuboklara düşməkdir. Necə olmasının fərqi yoxdur. Bəlkə avrokuboklardan da kənar qalacağıq. Nə olacağını hələ bilmirik".
R.Sadıqov onlara nəticənin, yoxsa oyun planında inkişafın vacib olduğu ilə bağlı sualı belə cavablandırıb: "Oyun fəlsəfəmiz var və onu komandaya yeritmək istəyirik. Təbii ki, nəticəni fikirləşirik. Amma öz yolumuz var və birdən-birə bunu dəyişə bilmərik. Demirəm ki, bütün oyunlarımızda buna sadiq qalacağıq. Ancaq sırf nəticəni fikirləşmək əlavə psixoloji problem yarada bilər".
Messi karyerasında 178-ci dubluna imza atdı
"Belə xarakter hər komandaya nəsib olmur" - Kaxaber Sxadadze
"Ən vacibi odur ki, biz növbəti mərhələdəyik" - Puxaç
Qətər Finalissima matçından imtina etmək istəmir
"Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz"
"Mançester Siti" Andersonu hədəfə aldı
"Sabah"ın dramatik qələbəsindən - Video
Derbidən sonra sanksiyalarla üzləşdi
Azərbaycan kubokunda sonuncu yarımfinalçılar müəyyənləşdi
"Real" ciddi itkilər var, akademiyadan oyunçular çağrıldı
DÇ-2026: İqlim şəraiti futbol qaydalarını dəyişir
Gimnastlarımız Dünya Kubokunun finalında
Vitinya "Real"a gedir?
Klub ÇL-yə vəsiqə qazansa, maaşı artırılacaq
"İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır"
"Çempionatda ən az legioneri olan klub bizik" - Azər Bağırov
"Şəfa" qalib gəldi, "Bakı Sportinq" uduzdu
"Kubokda da hədəfimiz böyükdür" - Ruslan Abışov
Qəbələdə heyətlər açıqlandı
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq
"PSJ-dən ayrılmaq ağılsızlıq olar"
Mərakeş millisində baş məşqçi dəyişikliyi
Həkimlər Tedeskonun oyuna çıxmasına icazə verməyib
Macarıstan - Azərbaycan oyununun hakimləri məlum oldu
"Flamenqo"da baş məşqçi təyinatı rəsmiləşdi
"Kəpəz" - "Turan Tovuz": Heyətlər
2-ci liqada 6 oyunun hakimləri
Finalissima Avropada keçirilə bilər
Həftənin hakimləri açıqlandı
Komandası uduzdu, "Arsenal"ı sərt tənqid etdi
Vaqif Cavadov Belçika klubunda təcrübədə - Şəkillər
Azərbaycan klubu afrikalı futbolçu transfer etdi
Kadi: “Qızıl dubl etməyi bacararıq”
Dadaşov dubl edib qələbə qazandırdı
"Beşiktaş" və "Fənərbaxça" 1/4 finalda
Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi
"River Pleyt"in yeni baş məşqçisi məlum oldu
"Fənərbaxça"nın futbolçusu vətəninə qayıdır
"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov
Levandovski qoruyucu maskada məşqlərə başladı
“Qarabağ”ın oyununda gözlənilməz hadisə - Video
Addainin dublu, "Qarabağ"ın inamlı qələbəsi - Video