Bu gün çox maraqlı oyunun şahidi olduq. Hər iki komanda çoxlu hücum etdi, qapılar qarşısında kifayət qədər epizodlar yarandı. Birinci hissənin ilk 15 dəqiqəsində oyuna yaxşı başlaya bilmədik. Daha sonra öz oyunumuzu tapmağa çalışdıq və bunu bacardıq. Elmir Tağıyev təkbətək iki qol epizodu yaxaladı. Həmin epizodlardan yararlansaydı, oyun tam fərqli məcrada gedə bilərdi. Daha sonra rəqibin fərdi ustalığı yaxşı olan futbolçusu Hamidu Keyta ardıcıl iki epizodu dəyərləndirdi".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandi Hacıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Hesab futbolçularda inamsızlıq yaratsa da, çalışdıq ki, bunu aradan qaldırıb fasildə onlara yenidən inam verək. İkinci hissədə üstün oynamağı bacardıq, daha çox hücumda olduq, qol epizodları yaratmağa çalışdıq. Qolu tez vura bilsəydik, oyunun taleyi başqa cür ola bilərdi. Amma olmadı. Bu gün futbolçularımdan razı qaldım. "Qəbələ" ilə matçdakı oyunun ardını gətirməyə çalışdılar. Meydandan xalla ayrıla bilməsək də, belə oyunlar gənc futbolçular üçün qiymətsizdir, təcrübə toplayırlar, ustalıqlarını artırırlar. Çempionatın bitməsinə 5 tur qalıb. Bu oyunumuzun davamını gətirib, xallar qazanmaq istəyirik. Mövqeyimiz bizi qane etmir. Oyunumuzdan isə razıyıq. Amma nəticə də istəyirik. “Zirə” vacib qələbə qazandı. Rəqibi təbrik edir, Rəşad Sadıqova uğurlar arzulayıram" - deyə o bildirib.
A.Hacıyev Rahid Əmirquliyev xeyli vaxtdır start heyətdə meydana çıxmamasının səbəbi ilə bağlı deyib: "Bir az dəyişikliklər etmək istədik. Gənc futbolçuları meydanda daha çox görmək istəyirik. Son oyunda qələbə qazandığımız heyətdə böyük dəyişikliklər etmək istəmədik. Rahid bizim kapitanımız, ən təcrübəli futbolçumuzdur. Meydanda olmasa da, kənardan futbolçulara dəstəyini göstərir".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video