AFFA “Kəpəz”i cəzalandırıb.
Qol.az xəbər verir ki, bu barədə qərarı qurumun İntizam Komitəsi verib.
Gəncə təmsilçisi I divizionun XXI turunun “Turan Tovuz”la görüşündə (2:3) baş verənlərə görə cərimələnib.
“Kəpəz” azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimələnib.
Həmin görüşdə azarkeşlər üzərində “Nəticələriniz gözümüzü YAŞARdır” sözləri yazılan pankart açıblar. Bu zaman onlar baş məşqçi Yaşar Vahabzadənin rəhbərliyi altında komandanın hazırkı mövsümdə az xal toplamasını nəzərdə tutublar.
Qeyd edək ki, FİFA və UEFA-nın qaydalarına əsasən, adətən dövlətlərarası siyasi məsələlərə, münaqişələrə, irqçi, təhqiredici və sair bu kimi hallarla bağlı pankarta görə cəza verilir və ya cərimə kəsilir. Bu pankartda isə bunlardan heç biri yoxdur. Ümumiyyətlə, göründüyü kimi azarkeşlər sivil formada etirazlarını çatdırıblar.
Qərarın “azarkeşin icazə olmadan pankart açmasına” görə əsaslandırılması yumşaq desək, təəccüb doğurur.
Maraqlıdır, azarkeş pankart açmaq üçün kimdən və niyə icazə almalıdır? Məgər, “Qarabağ”ın, “Neftçi”nin azarkeşi pankart açanda buna görə klublardan, AFFA-dan, Bakı Şəhər İcra Hakimiyyətindən icazə istəyir? Dünyanın hansı ölkəsində belə əcaib təcrübə olub? Yoxsa, AFFA-dan maliyyəşən klubların fanatları pankart qaldırmaq bir yana, nəfəs almaq üçündəmi federasiyadan razılıq almalıdır?
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video