“Layiqli qələbə qazandıq. Futbolçularımız oyuna yaxşı hazırlaşmışdılar".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Şamaxı” ilə oyundan (8:0) sonra mətbuat konfransında deyib.
Qarşılaşmadan sonra Qurbanov komandasının çıxışını dəyərləndirib: “İlk dəqiqələrdən hiss olunurdu ki, hamıda yüksək konsentrasiya var. Komandamız məşqdə çəkilən əziyyətin bəhrəsini gördü. Bu gün azarkeşlər də oyundan zövq aldılar. Belə nəticələr il ərzində nadir hallarda olur. Mənim özümün də belə nəticələrim olub. Futboldur, bundan qaçmaq mümkün deyil. İstənilən komanda istənilən rəqibə çox qol vura bilər. Oyunçularımı hər görüşə daha yaxşı hazırlaşdırmaq istəyirəm. Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir matç bizim üçün vacibdir. Bundan sonra Şamaxı səfərlərimiz olacaq. Orada xeyli sayda azarkeş qarşısında oynaycağıq”.
- Bunu ad günü hədiyyəsi kimi qəbul eləmək olar?
- Mənim üçün hər bir qalibiyyət hədiyyədir.
- İbrahima Vadji ilə Norveç klublarının maraqlandığı ilə bağlı xəbərlər yayılır. Bu gün də het-trik etdi. Seneqallı forvardın çıxışı barədə nə deyə bilərsiz?
- Bəli, onunla maraqlanan klublar var idi. Amma o, bizim oyunçularımızdan biridir. Vadjinin öz özəllikləri var. Sadəcə, hər bir oyunçuya özünü göstərmək üçün şans verməyə çalışıram. Hər bir oyunçu mənim üçün çox vacibdir və hamıya ilk “11-liy”in üzvü kimi baxıram.
- 50 illik yubileyinizdə “Şöhrət” ordeni ilə mükafatlandırıldınız. Bu mükafatlar sizi məsuliyyətinizi daha da artırır? Və bundan öncədən xəbəriniz var idimi?
- Mütləq artırır. Gələcək karyeram, işim üçün çox vacibdir. Daha da işgüzar olmalıyam. Bu, karyeramın ən dəyərli hədiyyəsi idi. Cənab Prezidentə bir daha təşəkkür edirəm. Onunla çox maraqlı diskusiyalarımız olur. İdmançılarımızın uğurlarını yada salır, maraqlı faktları deyir. Bu da onu göstərir ki, həm digər idman növləri, həm də futbolla çox yaxından maraqlanır və futbola sevgisi həddən artıq çoxdur. Belə bir mükafatı əldə etmək mənim üçün böyük motivasiya oldu. Öncədən xəbərim yox idi. Başda cənab Prezident olmaqla, məni təbrik edən hər kəsə təşəkkür edirəm.
- Qarşıda Azərbaycan kubokunun yarımfinal matçları gəlir. “Qəbələ” ilə ardıcıl 3 matça çıxacarsınız. Bu qrafikdən sonra xeyli fasilə yaranacaq və ardından kubokun finalı olacaq. Bu barədə nə deyə bilərsiz?
- Kubok oyunlarını həmişə fərqləndirmişəm. Çünki burada mərhələ iki matçdan ibarət olur. İstənilən komanda ən yaxşı səviyyəsini ortaya qoyub, bu şansdan istifadə etmək istəyir. Hər il qarşımıza məqsəd qoyuruq ki, iştirak etdiyimiz turnirlərdə maksimum irəliləyək. İlk olaraq Qəbələdə yaxşı oyun göstərməyə və uğurlu nəticə əldə etməyə çalışacağıq.
- Patrik Andradenin müqaviləsi bitir və onun bəzi təklifləri var. Həm o, həm də icarə əsasında komandanızda olan qapıçınız Luka Quqeşaşvili ilə bağlı planlarınız nələrdir?
- Hər iki oyunçudan razıyam. Patrik hazırda “Qarabağ”ın futbolçusudur. Bəli, müqaviləmiz bitmək üzrədir. Ancaq qarşıda hələ oyunlarımız var. Klub rəhbərliyi onunla danışıqlar aparacaq. Bu məsələdə futbolçunun da istəyi vacibdir. İlk olaraq onun burada qalmaq sevgisi olmalıdır. Luka da çox perspektivli qapıçıdır. Onda qapıçıya lazım olan bütün xüsusiyyətlər var. Sadəcə, daha istəkli olmalıdır. Şahruddin Məhəmmədəliyev də çoxdan idi oynamırdı. Yavaş-yavaş öz tempini qaytarmağa başlayıb. Luka ilə bağlı da pozitiv düşüncədəyəm. Amma qarşıda hələ xeyli vaxtımız var. Yəqin ki, mövsümün sonunda hər şeyə aydınlıq gələcək.
- “Qarabağ” rəqiblərinə 4, 5, 8 qol vurur. Çempionatın səviyyəsinin, rəqabətin artması üçün hansısa fikirləriniz var?
- Xeyr, heç bir fikrim yoxdur. Hər bir rəqibə hörmətlə yanaşırıq. Qol sayı kənardan asan qələbə qazandığımız təəssüratı yarada bilər. Amma asan qələbə nadir hallarda olur. Özümüz daha yaxşı olmaq üçün çalışırıq. Bəlkə də, bunun nəticəsidir.(apasport.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı