Maksim Medvedevə xatirə hədiyyəsi verildi

Maksim Medvedevə xatirə hədiyyəsi verildi
ÖLKƏ FUTBOLU 15 Aprel 2022 / 20:00 3528
-  A +

"Qarabağ" kapitanı Maksim Medvedevi mükafatlandırıb.

Qol.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 23-cü turunda "Şamaxı" ilə oyundan əvvəl reallaşıb. 

Klubun baş meneceri Asif Əsgərov Ağdam təmsilçisinin heyətində 500-cü oyununu keçirmiş 33 yaşlı futbolçuya üzərində 500 rəqəmi yazılmış forma təqdim edib.

Qeyd edək ki, Maksim Medvedevin yubiley oyunu Premyer Liqanın 22-ci turunda "Sumqayıt"la görüşə (3:0) təsadüf edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner