Elmar Baxşıyev texniki zonadan qovuldu

Elmar Baxşıyev texniki zonadan qovuldu
ÖLKƏ FUTBOLU 15 Aprel 2022 / 19:05 3467
-  A +

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda "Sumqayıt"la matçda texniki zonadan qovulub.

Qol.az xəbər verir ki, o, Qəbələ şəhər stadionunda keçirilən matça əlavə olunmuş dəqiqələrdə ehtiyat hakimə sərt şəkildə etiraz edib. Buna görə də baş hakim Rauf Cabarov ona qırmızı vərəqə göstərib.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" görüşü 1:1 hesabı ilə başa çatıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner