Bugünlərdə Qol.az saytının arxivinə baş vurarkən ustad jurnalistimiz Rövşən Binnətlinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda qələmə aldığı "Futbolumuz qurbanlar istəyir" adlı yazısına rast gəldim. Yazı 2014-cü ilin yanvarın 2-də qələmə alınıb. Yəni onda Qurban Qurbanovun “Qarabağ”ı hələ Avropa kuboklarının qruplarına bir dəfə də olsun vəsiqə qazanmamış, onun rəhbərliyi altında Azərbaycan çempionu olmamışdı. Nəhayət, o, indiki kimi şöhrətinin zirvəsində də deyildi.
R.Binnətli həmin yazıda Q.Qurbanovun bir futbolçu və məşqçi kimi dəqiq xarakterizə etmiş, onunla bağlı indi də diqqət çəkən fikirlərini qeyd etmişdi. Həmin yazının bu gün də aktual olduğunu nəzərə alaraq yenidən Qol.az-ın oxucuları ilə bölüşürük.
Aydın Bağırov
***
Futbolumuz qurbanlar istəyir
Qurban barədə danışmaq istəyirəm. Müstəqillik illərində Azərbaycan futbolunun yetirdiyi ən önəmli fiqurlardan olan Qurban Qurbanovdan. Səbəbi sadədir – ilin sonunda keçirilən çoxsaylı rəy sorğularında respondentlər “İlin məşqçisi” nominasiyasında, əsasən, onu fərqləndirdi, adını ön sıralarda çəkdi. Əslində bu, mütəxəssisin halal haqqıdır və təəccüblü bir şey yoxdur. Desəm ki, Qurban Qurbanov futbolumuz üçün böyük qazancdır, yenə təzə nəsə demiş olmayacağam. Ancaq istərdim ki, bir sualı cavablandıraq: onu Azərbaycan futboluna kim qazandırdı?
Sual bir az ritorik, bir qədər də qəribə, cavabı məlum kimi səslənir, amma mən o məqamlara toxunmaq istəyirəm ki, Qurbanın Qurban olmasında həlledici rola malikdir.
Təbii ki, nailiyyətin, müvəffəqiyyətin, qələbənin, uğurun mayasını bacarıq, qabiliyyət, işgüzarlıq kimi keyfiyyətlər təşkil edir. Lakin bu da bir həqiqətdir ki, nəyə qadir olduğunu göstərmək üçün şərait başlıca şərtdir. Gəlin unutmayaq, qiymətli metal torpaqda da qiymətlidir, amma əsl dəyərini yalnız hasil olunanda alır.
1-ci məqam: dözümlü adamdır, səbrlidir. Milli komandada çıxış etdiyi vaxtlar bir dəfə məşqə gecikmişdi. Niyə gecikməsi ilə maraqlanılmadı, federasiya rəhbərliyinin qınaq obyekti oldu, bir müddət hətta millidən uzaqlaşdırıldı da. Ancaq Qurban qaranı qaraya tutmadı, yenidən ölkənin əsas komandasına çağırılanda “yox” demədi, qayıtdı və canla-başla oynadı, Azərbaycanı düşünərək oynadı. Bu günə qədər də millidə rəsmi görüşlərdə ən çox qol vurmuş futbolçudur.
2-ci məqam: milli qüruru var: Rusiyada legionerlik həyatı yaşayarkən “Sport-Ekspress” qəzeti ondan müsahibə götürərkən, rusiyalı həmkarımızla şərt kəsmişdi – “məni “Kurban Kurbanov” yox, “Qurban Qurbanov” kimi təqdim edəcəksinizsə, müsahibə verərəm”. Razılaşmışdılar və indinin özündə də ruslar şərtə əməl edirlər. Halbuki, bizim rusdilli mətbu orqanlar “Qarabağ” klubunun adını “Karabax” şəklində yazırlar. Qurbanda olan milli təəssübdən bir az da onlarda olsaydı.
3-cü məqam: çox yüksək mədəniyyət sahibidir. Ölkə miqyasında “bərkgedən” idman nəşrlərindən biri sorğu keçirmiş və Q.Qurbanov ilin futbolçusu seçilmişdi. Sorğunu keçirən qəzet bir səhifədə nəticələri, kimin-kimə səs verdiyini dərc etmiş, yanaşı səhifədə isə, nə qalibə, nə də respondentlərə hörmət qoyaraq, “Birincimiz budursa” sərlövhəli məqalə yerləşdirmişdi. Bütün bunlara özünəməxsus soyuqqanlıqla yanaşan Qurban hər şeyi adamların vicdanına buraxdığını demişdi.
4-cü məqam: “Neftçi”yə baş məşqçi təyin olunanda çoxlarının nəzərində bu sahədə “piyada” idi. Baxmayaraq ki, İspaniyadan belə, bir sıra ölkələrin tanınmış klublarında uzunmüddətli kurslar keçmişdi. İşləməsinə imkan vermədilər – kimlərsə hesab elədi ki, Qurban onların “özəlləşdirdiyi” sahəyə daxil olub. Həmin “uzaqgörənlər” öyrədilmiş adamları tribunalarda yerləşdirməklə, məşqçilik kimi böyük dəryada ilk kövrək addımlarını atan gənc və həqiqətən perspektiv vəd edən mütəxəssisi “istefa” şüarlarına qonaq etdilər. Beləcə, Qurban gedəsi oldu.
5-ci məqam: daxilən və mənən zəngin insandır. Bir vaxtlar şərəfini qoruduğu komandadakı münasibətdən sınmadı, sarsılmadı, yoluna davam etdi, çünki cövhərində peşəkarlıq vardı. Bekarçılığın ömrü uzun olmadı, “Qarabağ”dan təklif aldı və 2008-ci ildən bəri gözəl işbirliyinin şahidiyik. Doğrudur, komandanı çempion edə bilməyib, ancaq bu çatışmazlığı avrokuboklardakı uğurlu çıxışla unutdurub. Qurban klub rəhbərliyinə, klub rəhbərliyi də ona inanır. Məncə, Qurbanı bacarıqlı bir məşqçi kimi Azərbaycana qazandıran əsas amillərdən biri məhz budur və ona görə “Qarabağ” FK-nın səlahiyyət sahiblərinə təşəkkür düşür. Əgər onlar da kiçicik geriləməni, çatışmazlığı aqressiv qarşılayıb, məsələyə “məşqçini dəyişmək lazımdır” prinsipi ilə yanaşsaydılar, bu gün nə “Qarabağ” bu səviyyədə olardı, nə də Qurban.
Əksini sübut edən onlarla fakt göstərmək olar. Məşqçi əlcək kimi dəyişdirilirsə, deməli, idarəçilik işi düzgün qurulmayıb – istər həmin klub “Real Madrid” olsun, istər “Xəzər Lənkəran”. “Mançester Yunayted” təcrübəsi, necə işləmək mənasında, hamıya örnəkdir: ideal və anlaşıqlı işbirliyi nəticəsində Aleks Fergüson “MY”nu, “MY” da seri zirvələrə qaldırdı. Ona görə də, “Qarabağ”-Qurbanov tandemini alqışlayıb, bitib-tükənməyən uğurlar diləmək lazım gəlir!
Sizinlə həmsöhbət mən idim...
Rövşən Binnətli
Messi karyerasında 178-ci dubluna imza atdı
"Belə xarakter hər komandaya nəsib olmur" - Kaxaber Sxadadze
"Ən vacibi odur ki, biz növbəti mərhələdəyik" - Puxaç
Qətər Finalissima matçından imtina etmək istəmir
"Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz"
"Mançester Siti" Andersonu hədəfə aldı
"Sabah"ın dramatik qələbəsindən - Video
Derbidən sonra sanksiyalarla üzləşdi
Azərbaycan kubokunda sonuncu yarımfinalçılar müəyyənləşdi
"Real" ciddi itkilər var, akademiyadan oyunçular çağrıldı
DÇ-2026: İqlim şəraiti futbol qaydalarını dəyişir
Gimnastlarımız Dünya Kubokunun finalında
Vitinya "Real"a gedir?
Klub ÇL-yə vəsiqə qazansa, maaşı artırılacaq
"İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır"
"Çempionatda ən az legioneri olan klub bizik" - Azər Bağırov
"Şəfa" qalib gəldi, "Bakı Sportinq" uduzdu
"Kubokda da hədəfimiz böyükdür" - Ruslan Abışov
Qəbələdə heyətlər açıqlandı
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq
"PSJ-dən ayrılmaq ağılsızlıq olar"
Mərakeş millisində baş məşqçi dəyişikliyi
Həkimlər Tedeskonun oyuna çıxmasına icazə verməyib
Macarıstan - Azərbaycan oyununun hakimləri məlum oldu
"Flamenqo"da baş məşqçi təyinatı rəsmiləşdi
"Kəpəz" - "Turan Tovuz": Heyətlər
2-ci liqada 6 oyunun hakimləri
Finalissima Avropada keçirilə bilər
Həftənin hakimləri açıqlandı
Komandası uduzdu, "Arsenal"ı sərt tənqid etdi
Vaqif Cavadov Belçika klubunda təcrübədə - Şəkillər
Azərbaycan klubu afrikalı futbolçu transfer etdi
Kadi: “Qızıl dubl etməyi bacararıq”
Dadaşov dubl edib qələbə qazandırdı
"Beşiktaş" və "Fənərbaxça" 1/4 finalda
Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi
"River Pleyt"in yeni baş məşqçisi məlum oldu
"Fənərbaxça"nın futbolçusu vətəninə qayıdır
"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov
Levandovski qoruyucu maskada məşqlərə başladı
“Qarabağ”ın oyununda gözlənilməz hadisə - Video
Addainin dublu, "Qarabağ"ın inamlı qələbəsi - Video