“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov bu gün 50 illik yubileyini qeyd edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda fikirlərini bildirib.
Uzun illər Qurban Qurbanovla çiyin-çiyinə çalışan, onun həm komanda yoldaşı və futbolçusu olmuş Rəşad Sadıqov Qol.az saytına müsahibəsində bildirib ki, onun futbolçu kimi formalaşmağında Qurban Qurbanovun çox böyük əməyi olub: “Tək mən yox, son 10 ildə Azərbaycan futbolunda milli səviyyəsinə qədər yetişən, istər daxili, istərsə də beynəlxalq arenada futbolumuzu layiqincə təmsil edən oyunçuların 80-90 faizini ya Qurban müəllim yetişdirib, ya da formalaşdırıb. Futbolçuda perspektiv, potensial ola bilər. Amma bir futbolçunun formalaşması üçün mütləq savadlı, can yandıran bir məşqçisi olmalıdır.

Mənim də bəxtim gətirdi ki, 26-27 yaşımdan sonra Qurban müəllimin baş məşqçiliyi altında oynamağa başladım. Onun rəhbərliyi altında oynayandan sonra həqiqətən də özümdə inkişaf hiss etdim. Futbola yanaşmamda da, şəxsi həyatımda da bir çox dəyişikliklər baş verdi. O, futbolçuya təkcə futbol oynamağı yox, hətta düzgün həyat yaşamağı öyrədir. O, həmişə öyrədir, istiqamət verir. Mən məşqçiliyi isə tam sıfırdan Qurban Qurbanovdan öyrənmişəm. Bundan sonra da məşqçi kimi hər hansı bir uğur qazansam, bu, birbaşa Qurban müəllimin əməyi olacaq. Mən həyatımın sonuna qədər ona minnətdar olacağam. O, mənim uğurlu futbolçu karyerası yaşamağıma kömək etdi, həm də məşqçilik peşəsinin sirlərini öyrətdi. İnanıram ki, mən də onun üzərimdə çəkdiyi əziyyəti boşa çıxarmayacağam. Yəqin hamı mənimlə razılaşar ki, son 10 ildə Azərbaycan futbolunun yükünün əsas hissəsini daşıyan şəxs Qurban Qurbanovdur. Onun “Qarabağ”da qurduğu komanda, gördüyü iş, verdiyi nəticələr yalnız Azərbaycanda deyil, bütün dünyada danışılır. Qurban müəllim komandada inkişaf yolunu davam etdirir. Uzun illər boyu stabil və uğurlu iş görmək bir məşqçi üçün çox çətindir. Daimi komandanı motivasiyada saxlamaq demək olar ki, qeyri-mümkündür. Bu, böyük məşqçilərdə də belə olub. Yəni, hamı belə mövzuda problem yaşayır. Amma məhz Qurban müəllim bunun öhdəsindən çox layiqli şəkildə gəlib. O, “Qarabağ”ı istər futbol tərəfdən, istərsə də komandanın davranışları cəhətdən dünyada nümunəvi kluba çevirib. Qurban müəllim həm “Qarabağ”ı, həm də Azərbaycan futbolunu inkişaf etdirdi. İlk iş günlərindən fərqlənirdi. Mən o vaxta qədər bir çox məşqçi ilə işləmişdim. Biz ilk dəfə məşqçi-futbolçu kimi “Neftçi”də fəaliyyət göstərmişdik. O, zəhmətkeşliyi, futbolçularla qurduğu ünsiyyətə görə fərqlənirdi. Bilirsiniz, Qurban müəllim uzun illər kapitan olub. Məşqçi karyerası da bir növ futbolçu karyerasına bənzəyirdi. Amma bundan sonra məşqçi karyerasını elə bir səviyyəyə gətirdi ki, artıq onun dünyada TOP-10 mütəxəssis arasına düşdüyünü deyə bilərik. Hətta bir çox böyük məşqçilər Qurban müəllimin nəticələrini verə bilməzdilər. Bir komandanı sıfırdan qəbul edib, belə yüksək səviyyəyə gətirmək hər məşqçinin işi deyil. Qurban müəllim klubun bazasına hamıdan əvvəl gəlirdi, hamıdan sonra da gedirdi”.
R.Sadıqov deyib ki, Q.Qurbanov işinə böyük həvəs, sevgi, futbolçulara, azarkeşlərə və rəhbərliyə isə böyük hörmətlə yanaşır: “Qurban müəllimdən saatlarla danışmaq olar. O, nümunəvi məşqçi və nümunəvi insandır”.
Nur Zeynalova
Messi karyerasında 178-ci dubluna imza atdı
"Belə xarakter hər komandaya nəsib olmur" - Kaxaber Sxadadze
"Ən vacibi odur ki, biz növbəti mərhələdəyik" - Puxaç
Qətər Finalissima matçından imtina etmək istəmir
"Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz"
"Mançester Siti" Andersonu hədəfə aldı
"Sabah"ın dramatik qələbəsindən - Video
Derbidən sonra sanksiyalarla üzləşdi
Azərbaycan kubokunda sonuncu yarımfinalçılar müəyyənləşdi
"Real" ciddi itkilər var, akademiyadan oyunçular çağrıldı
DÇ-2026: İqlim şəraiti futbol qaydalarını dəyişir
Gimnastlarımız Dünya Kubokunun finalında
Vitinya "Real"a gedir?
Klub ÇL-yə vəsiqə qazansa, maaşı artırılacaq
"İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır"
"Çempionatda ən az legioneri olan klub bizik" - Azər Bağırov
"Şəfa" qalib gəldi, "Bakı Sportinq" uduzdu
"Kubokda da hədəfimiz böyükdür" - Ruslan Abışov
Qəbələdə heyətlər açıqlandı
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq
"PSJ-dən ayrılmaq ağılsızlıq olar"
Mərakeş millisində baş məşqçi dəyişikliyi
Həkimlər Tedeskonun oyuna çıxmasına icazə verməyib
Macarıstan - Azərbaycan oyununun hakimləri məlum oldu
"Flamenqo"da baş məşqçi təyinatı rəsmiləşdi
"Kəpəz" - "Turan Tovuz": Heyətlər
2-ci liqada 6 oyunun hakimləri
Finalissima Avropada keçirilə bilər
Həftənin hakimləri açıqlandı
Komandası uduzdu, "Arsenal"ı sərt tənqid etdi
Vaqif Cavadov Belçika klubunda təcrübədə - Şəkillər
Azərbaycan klubu afrikalı futbolçu transfer etdi
Kadi: “Qızıl dubl etməyi bacararıq”
Dadaşov dubl edib qələbə qazandırdı
"Beşiktaş" və "Fənərbaxça" 1/4 finalda
Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi
"River Pleyt"in yeni baş məşqçisi məlum oldu
"Fənərbaxça"nın futbolçusu vətəninə qayıdır